Azərbaycan və Yunanıstan parlamentlərarası əməkdaşlığın inkişafını müzakirə ediblər

Azərbaycan və Yunanıstan parlamentlərarası əməkdaşlığın inkişafını müzakirə ediblər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinou parlamentlərarası əməkdaşlığın inkişafını müzakirə ediblər.

SİA xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Biz Azərbaycan-Yunanıstan münasibətlərinin, parlamentlərarası əməkdaşlığın inkişafı məsələləri, eləcə də ölkələrimiz arasında dialoqun daha da möhkəmləndirilməsi imkanları barədə fikir mübadiləsi apardıq", - o yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə