ABŞ-ın Vitse-prezidenti Cey Di Vens rəsmi Rehranı hədəf alan bəyanat səsləndirib. Ağ Evin ikinci şəxsi bəyan edib ki, ABŞ Tehranın öz nüvə proqramını bərpa etməyə başlayacağı, qonşu ölkələr üçün təhlükə yaradacağı və ya regiondakı yaraqlı qruplaşmaları dəstəkləyəcəyi təqdirdə, İrana qarşı hərbi əməliyyatların bərpa olunmasını istisna etmir.
SİTAT: "Əgər İran öz nüvə proqramını bərpa etmək, qonşularını hədələmək və ya terrorizmi maliyyələşdirmək istəsə, Prezidentin (Donald Tramp – red.) variantları var. Mən heç nə vəd edə bilmərəm, çünki sözsüz ki, bu, son nəticədə iranlıların özlərini necə aparacağından asılıdır. Əmin olduğum bir şey var ki, əgər buna zərurət olmazsa, prezident bizim qoşunları geri göndərməyəcək", - Vens bildirib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB