"Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidənqurması intensiv şəkildə həyata keçirilir. Artıq səksən beş mindən çox vətəndaşımız işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşıb, yaşayır və təhsil alır".
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu əslində çox qısa zamanda məskunlaşma prosesinin genişləndiyindən və intensiv şəkildə davam etdirildiyindən xəbər verir:
"Eyni zamanda, ötən müddətdə Qarabağ və Şərqi Zəngəzurun bərpasına iyirmi yeddi milyard manat vəsait dövlət büdcəsindən ayrılıb. Azərbaycan işğaldan azad olunmuş ərazilərimizi daxili maliyyə mənbələri hesabına öz vəsaitləri hesabına yenidən qurur, bərpa edir. Bu, təbi ki, Azərbaycanın gücünü göstərən əsas faktorlardan biridir.
Sözsüz digər vacib məqamlardan biri sosial infrastrukturun formalaşmasıdır, və dövlət büdcəsindən ayrılan vəsaitlərin əhəmiyyətli hissəsi infrastrukturun yenidən qurulmasına bərpasına yönəldilib. Burada həm sosial infrastruktur, səhiyyə, təhsil və digər xidmətlərə əlçatanlığın genişləndirilməsi nəzərdə tutulub.
Çünki, bütövlükdə yaşayış məntəqələri bərpa edilən zaman kifayət qədər müasir standartlara uyğun və kompleks yanaşma nümayiş etdirilir. Bu xidmətlərə o cümlədən sosial xidmətlərə əlçatanlığın artırılmasıdır. Ona görə də xidmətlərdən istifadə də əlçatanlığın genişləndirilməsi məşğulluğun təmin edilməsi və sahibkarlığın inkişafı ilə bağlı yeni imkanların yaradılması da bu istiqamətdə heyata keçirilən siyasətin əsas prioritetlərindən biridir.
Nəzərə alsaq ki, sahibkarlığın inkişafı ilə bağlı on illik güzəşt tətbiq olunur. Həm Ağdamda həm Cəbrayılda sənaye məhəllələri artıq fəaliyyətə başlayıb. Digər həyata keçirilən sahibkarlar üçün isə on il müddətində demək olar ki, bütün vergilərdən azad olmaq tətbiq olunub. Bu da təbii ki, işğaldan azad olunmuş ərazilərimizdə özəl sektorun inkişaf etdirilməsinə, iqtisadiyyatın inkişafına, və reinteqrasiyasına xüsusi təkan verir".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB