Azərbaycan və Banqladeş XİN başçıları çoxtərəfli platformalarda əməkdaşlığı müzakirə ediblər
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Banqladeşin xarici işlər naziri Xəlilur Rəhman arasında telefon danışığı baş tutub.
Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Nazir Ceyhun Bayramov Xəlilur Rəhmanı BMT Baş Assambleyasının 81-ci sessiyasının Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Onun bu nüfuzlu vəzifəyə seçilməsinin Banqladeşin beynəlxalq aləmdə artan rolunun göstəricisi olduğu vurğulanıb.
Telefon danışığı zamanı Azərbaycan ilə Banqladeş arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı qeyd ediblər.
Nazirlər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər. Bu çərçivədə, BMT, Qoşulmama Hərəkatı, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstək və əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Telefon danışığı zamanı nazirlər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyində duran məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



