"Gürcüstan Azərbaycanın Qərb bazarlarına çıxışında strateji tranzit ölkə rolunu oynayır" - POLİTOLOQ
"Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətləri Cənubi Qafqazın siyasi və iqtisadi sabitliyinin əsas sütunlarından biri hesab olunur. Tərəflər arasında enerji, nəqliyyat və logistika sahələrində formalaşmış əməkdaşlıq modeli regionun geosiyasi əhəmiyyətini artırıb".
Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.
_(1)_(1)_(2).jpg)
Onun sözlərinə görə, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr iki ölkənin maraqlarını uzunmüddətli şəkildə bir-birinə bağlayıb: "Məhz bu səbəbdən Azərbaycan və Gürcüstan münasibətləri təkcə ikitərəfli deyil, həm də Avropa ilə Asiyanı birləşdirən strateji xəttin mühüm elementi kimi qiymətləndirilir.
Mövcud beynəlxalq şəraitdə, xüsusilə regionda geosiyasi rəqabətin gücləndiyi bir dövrdə Bakı və Tbilisi arasında dialoqun intensiv saxlanılması xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkə regional təhlükəsizlik, enerji təhlükəsizliyi və Orta Dəhlizin inkişafı məsələlərində ortaq maraqlara malikdir. Azərbaycan Gürcüstanın əsas enerji tərəfdaşlarından biri olaraq qalır, Gürcüstan isə Azərbaycanın Qərb bazarlarına çıxışında mühüm tranzit ölkə rolunu oynayır. Bu baxımdan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti sabit və müsbət qiymətləndirilə bilər, tərəflərin əməkdaşlığı gələcəkdə də regional inteqrasiyanın və iqtisadi inkişafın vacib amillərindən biri olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB