Ermənistandakı seçkilərlə bağlı ilk rəsmi AÇIQLAMA (YENİLƏNİB)

2006 seçki məntəqəsindən 65-dən alınan ilkin məlumatlara görə, Mülki Müqavilə Partiyası səslərin 62,5%-ni toplayıb. Bu barədə Ermənistan MSK-nin seçkilərlə bağlı ilkin nəticələrində deyilir.

Bildirilib ki, “Güclü Ermənistan” 21.2%, “Ermənistan” bloku isə 11.2 faiz səs toplayıb. Qeyd edək ki, Ermənistanda parlament seçkiləri bu gün baş tutub.

***

Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 110 seçki məntəqəsində səsvermənin nəticələri belədir:

Mülki Müqavilə — 57.14%

Güclü Ermənistan — 21.43%

“Ermənistan” Bloku — 8.21%

Çiçəklənən Ermənistan — 5.10%

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə