"Azərbaycan vətəndaşlarının həyat şəraitini yaxşılaşdırmağa yönəlmiş siyasət həyata keçirir" - ŞƏRH
“Hələ torpaqlar işğal altında olduğu dövrdə Azərbaycan tərəfindən Böyük Qayıdış Proqramı hazırlanmışdı. Həmin proqramda torpaqlar işğaldan azad edildikdən sonra atılacaq bütün addımlar təfsilatı ilə əks olunmuşdu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra qısa müddət ərzində bu proqram əsasında fəaliyyətə başlanıldı:
"Nəticədə, 2026-cı ildə artıq 40-a yaxın şəhər və kənddə 80 mindən çox insan yaşayır və işləyir. Bu rəqəm isə durmadan artır. Eyni zamanda, yeni salınan yaşayış məntəqələri sadəcə bərpa işləri deyil. Burada müasir standartlara uyğun tikilən evlər, sosial obyektlər və kommunikasiya xətləri yaradılır. Bütün bunlar dövlət hesabına həyata keçirilir. İndiyədək məcburi köçkünlərin kommunal xərcləri dövlət tərəfindən ödənilirdi. Onların təhsil xərcləri də dövlət tərəfindən qarşılanırdı və yeni köçürülən sakinlər üçün bu dəstək müəyyən müddət ərzində davam edəcək.
Həmçinin onların məşğulluq məsələsi də dövlətin diqqət mərkəzindədir. Ən böyük əmək layihələri həmin ərazilərdə həyata keçirilir, xarici investisiyalar cəlb olunur. Geri qayıdan keçmiş məcburi köçkünlərin öz şəxsi bizneslərini qurmaları üçün də əlverişli şərait yaradılır. Bir sözlə, işğaldan azad olunmuş ərazilərin bərpası və əhalinin geri qayıdışı göstərir ki, Azərbaycan öz müstəqilliyini daim möhkəmləndirməyə və vətəndaşlarının həyat şəraitini yaxşılaşdırmağa yönəlmiş siyasət həyata keçirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB