Cəfər Hüseynzadə NATO-nun Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzində olub

Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə NATO-nun Vilnüsdə yerləşən Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzini ziyarət edib.

SİA xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı nümayəndəliyinin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

Ziyarət çərçivəsində həmçinin C.Hüseynzadə Mərkəzin direktoru Gytis Kazokas ilə görüşüb.

Görüş zamanı Azərbaycanın NATO-dakı nümayəndəsinə Mərkəzinin fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə