"1000-dən çox jurnalist tədbirin mesajlarını dünya ictimaiyyətinə çatdırıb" - ANAR QULİYEV
Beynəlxalq ictimaiyyətin geniş iştirakı sağlamlıq sistemlərinin dayanıqlığı və şəhər mühitində rifahın gücləndirilməsi baxımından həmrəyliyin və koordinasiyalı beynəlxalq fəaliyyətin vacibliyini bir daha nümayiş etdirib.
SİA xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev WUF13-ün yekun mətbuat konfransında deyib.
O bildirib ki, qəbul edilən bəyanat şəhər çağırışları, qlobal mənzil böhranı və daha inklüziv şəhər inkişafına ehtiyacın aktuallığını təsdiqləyib.
Anar Quliyev qeyd edib ki, QHT Pavilyonunda 59 tədbir təşkil olunub və təxminən 3 000 iştirakçı bu müzakirələrə qatılıb.
Onun sözlərinə görə, Qlobal Cənub QHT Platformasında 30 tədbir keçirilib və 1 500-ə yaxın iştirakçı prosesdə iştirak edib.
WUF13 çərçivəsində “Bakı Urban Həftəsi” və Urban Festival da geniş şəkildə təşkil olunub. 55 tədbir və 9 şəhərdə keçirilən festival nəticəsində 115 000-dən çox insan dayanıqlı şəhər inkişafı müzakirələrinə cəlb olunub.
O əlavə edib ki, forum beynəlxalq mediada geniş işıqlandırılıb və 1 000-dən çox akkreditə olunmuş jurnalist tədbirin mesajlarını dünya ictimaiyyətinə çatdırıb.
Gənclərin iştirakı da xüsusi vurğulanıb: 2 500 könüllü forumun təşkilində fəal iştirak edərək Azərbaycan gənclərinin peşəkarlığını və beynəlxalq təcrübəsini nümayiş etdirib.
Anar Quliyev bildirib ki, “Yeni Şəhər Gündəliyinə Həyat Verilməsi” adlı yüksək səviyyəli tədbir yaşıl infrastruktur və təmiz hava siyasətinin şəhər inkişafında əsas rolunu bir daha gündəmə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB