“Sahil zonaları üçün “Sıfır Tullantı Mavi” təşəbbüsü həyata keçirilməyə başlanıb” - SHULE BEKTASH
“İctimai qurumlar üçün idarəetmə sistemi məcburidir və bu, müxtəlif sənaye obyektlərinə də aiddir. Buraya hava limanları, dəmir yolu və avtovağzal stansiyaları, ticarət mərkəzləri, təhsil müəssisələri, səhiyyə ocaqları və digər xidmət sahələri daxildir. Qanunvericiliyə əsasən, ictimai obyektlərdə “sıfır tullantı” idarəetmə sistemlərinin tətbiqi və tullantıların idarə olunması qaydalarına ciddi riayət edilməsi tələb olunur.”
SİA xəbər verir ki, bu sözləri “Plastik çirklənmə ilə mübarizə: yaşana bilən şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” panel müzakirəsində Shule Bektash bildirib.
Onun sözlərinə görə, 2020-ci ildə nazirlik səviyyəsində qəbul edilən tənzimləmələr çərçivəsində sənaye müəssisələri, hava limanları, ticarət və biznes mərkəzləri, təhsil və səhiyyə təşkilatları, turizm obyektləri və digər ictimai sahələr üçün praktik təlimatlar hazırlanıb:
”Eyni zamanda sahil zonaları üçün “Sıfır Tullantı Mavi” təşəbbüsü də həyata keçirilməyə başlanıb.
2021-ci ildə Türkiyə Paris Sazişinə qoşulub və “Türkiyə Yaşıl Razılaşma Fəaliyyət Planı”nı hazırlayıb. 2022-ci ildə isə “Sıfır Tullantı” təşəbbüsünü BMT Baş Assambleyasına təqdim edərək onun qlobal əhəmiyyətini vurğulayıb. Bu təşəbbüs dayanıqlı inkişaf üçün xüsusi rol oynayıb və 2017-ci ildən başlayan “Sıfır Tullantı” yanaşmasının genişlənməsinə töhfə verib.
2023-cü ildə həmin qətnamə çərçivəsində BMT Sıfır Tullantı Məşvərət Şurası yaradılıb və 27061 nömrəli BMT qətnaməsi G20 Liderlər Zirvəsinin yekun sənədinə daxil edilib. Bu, “sıfır tullantı” yanaşmasının beynəlxalq səviyyədə qəbul edilməsində mühüm mərhələ olub.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB