Banqladeş WUF13-də şəhər planlaşdırmasında uşaq hüquqlarının təmin edilməsinə çağırır

Banqladeş Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda (WUF13) şəhər planlaşdırması sahəsində itkin düşmüş və həssas uşaqların hüquqlarını nəzərə alacaq qərarları təşviq etməyə çağırıb.

SİA xəbər verir ki, bu bəyanatla Banqladeş nümayəndəsi Vicay Çaudhari WUF13-ün Uşaq və Gənclər Assambleyasının açılışında çıxış edib.

Onun sözlərinə görə, uşaq üçün təhlükəsiz ev sadəcə yaşayış yeri deyil, sağlamlıq, təhsil və layiqli həyatın əsasıdır:

"Təhlükəsiz və yaşayış üçün yararlı ev olmadan uşaq sağlam qala bilməz. Başının üzərində dam olmadan o, əsas hüquqlara - təmiz su, gigiyena və sanitariyaya çıxış əldə edə bilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə