Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik məlumatını qəbul edib.
SİA xəbər verir ki, hesabat Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Məlumatda qeyd olunub ki, 2025-ci il ərzində insan alveri, seksual xarakterli hərəkətlərə məcburetmə, uşaq pornoqrafiyası, pornoqrafik materialların qanunsuz dövriyyəsi və fahişəliyə cəlbetmə kimi cinayətlərlə bağlı bir sıra şəxslər barəsində axtarış tədbirləri həyata keçirilib. Yerli axtarışda olan təqsirləndirilən şəxslərdən bir hissəsinin tutulduğu bildirilib.
Hesabat dövründə müəyyən edilən insan alveri qurbanlarının hamısının Azərbaycan vətəndaşı olduğu qeyd edilib. Onların böyük əksəriyyəti Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Pakistanda cinsi istismara məruz qalıb.
Qurbanların yaş bölgüsünə görə 18–25, 25–35 və 35 yaşdan yuxarı kateqoriyalar üstünlük təşkil edib. Hər bir zərərçəkmişə birdəfəlik sosial yardım ödənilib, bir sıra şəxslərin ailələrinə qayıtması və sosial müdafiəsi təmin edilib. Uşaqların sənədləşdirilməsi və aliment təminatı ilə bağlı da dəstək göstərildiyi vurğulanıb.
Hesabatda həmçinin qeyd olunub ki, 2025-ci ildə insan alveri cinayətlərinin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbirləri nəticəsində çoxsaylı cinayət faktları müəyyən edilib, cinayətkar qruplar zərərsizləşdirilib və bir sıra şəxslər məhkəmə məsuliyyətinə cəlb olunub.
Hazırda bir neçə təqsirləndirilən şəxsin beynəlxalq axtarışının davam etdiyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB