Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası keçirilir.

SİA xəbər verir ki, iclasın gündəliyinə 8 məsələ daxil edilib.

Gündəliyə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə ölkədə bu sahədə görülən işlərə dair məlumatı, Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi ilə bağlı qanun layihəsi, həmçinin “Yaşıllıqların mühafizəsi haqqında”, “Diplomatik xidmət haqqında” və “Vətəndaşların müraciətləri haqqında” qanunlara dəyişikliklər daxildir.

İclasda, həmçinin “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə, “Maliyyə icarəsi haqqında” qanun layihəsinə, eləcə də Mülki Məcəllə, Vergi Məcəlləsi və sahibkarlıq fəaliyyəti ilə bağlı bir sıra qanunvericilik aktlarına təklif olunan dəyişikliklər ikinci oxunuşda müzakirə olunur.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə