SOMDA-da Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində (SOMDA) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir təşkil olunub.
SOMDA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə. tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin büstü önünə əklil qoyaraq, əziz xatirəsinə ehtiramlarını nümayiş etdiriblər. Agentliyin inzibati binasında dahi rəhbərin zəngin dövlətçilik irsini, genişmiqyaslı siyasi və ictimai fəaliyyətini əks etdirən xüsusi stendlərlə tanışlıq olub.
Tədbirin rəsmi hissəsində Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Ulu Öndərin dövlət müstəqilliyimizin qorunması, Azərbaycanda dövlətçilik ənənələrinin formalaşdırılması və möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, ordu quruculuğu, iqtisadi inkişafın təmin olunması və digər istiqamətlərdə misilsiz xidmətlər göstərdiyini vurğulayıblar. Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar və təməli qoyulan “Əsrin müqaviləsi” kimi qlobal layihələr Azərbaycanın bugünkü dinamik inkişafının əsasını təşkil edir. Tədbir çərçivəsində “Ümummilli Lider Heydər Əliyevin enerji strategiyası” və “Heydər Əliyev - sabitliyə gedən yol” mövzularında məruzələr dinlənilib.
Sonda dahi şəxsiyyətin həyat və fəaliyyətindən bəhs edən “İz” sənədli filmi nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB