"Biz bu tarixi körpünün birgə bərpası ilə bağlı..." - Paşinyan Ərdoğanın müavini ilə görüşündən yazdı
Ermənistan Baş naziri Nikol Paşinyan Cövdət Yılmazla İrəvanda görüşü haqda X hesabında paylaşım edib. Erməni baş nazir yazıb ki, Avropa Siyasi Birliyi Zirvə Toplantısı çərçivəsində Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz ilə məhsuldar fikir mübadiləsi aparıb. SİTAT: "Görüşdə Ermənistan və Türkiyə arasında regional əməkdaşlıq imkanlarına toxunduq. Biz Anidəki tarixi körpünün birgə bərpası ilə bağlı protokolun imzalanmasını alqışladıq”, - N. Paşinyan yazıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB