“Etibarnaməsiz avtomobil idarə etməyin 40 manat məbləğində cəriməsi var” - HÜQUQŞÜNAS DANIŞDI
Etibarnamənin əsas təyinatı üçüncü şəxs qarşısında nümayəndənin(etibar edilənin) səlahiyyətini təsdiq etməkdən ibarətdir”.
Bu sözləri SİA -ya açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyin sədri Fariz Əkbərov bildirib.
Onun sözlərinə görə ,etibarnamə əsasında üçüncü şəxs müəyyənləşdirir ki, nümayəndənin təmsil olunan adından və onun mənafeyi üçün əqd bağlamağa səlahiyyəti var:
”Yəni etibarnamə verən şəxs sizə öz əmlakını və ya hüquqlarını satmır, etibar edir.
Mülki Məcəllənin 362-ci maddəsinə görə, bir şəxsin 3-cü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq 3-cü şəxsə təqdim edə bilər. Mulki Məcəllənin 363.2-ci maddəsində isə qeyd olunub ki, xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə, o, həmin sənədi vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən, etibarnaməsiz avtomobil idarə etməyin 40 manat məbləğində cəriməsi var:
Qanunvericiliyə əsasən, etibarnaməni verən şəxs, istənilən vaxt heç bir səbəb gətirmədən etibarnaməni ləğv edə bilər. Bu zaman etibarnamə ilə avtomobil almış şəxsin hüquqlarına xitam verilir.
Dünyanın bir çox ölkələrində avtomobili idarə etmək üçün etibarnamə verilməsi qaydası ləğv olunub. Qonşu ölkələrdə bu mexanizm çox sadə şəkildə həyata keçirilir. Azərbaycanda isə etibarnamə üzrə sənədlərin verilmə qaydaları bir xeyli mürəkkəbdir.
Əksər ölkələrdə ailədə olan avtomobildən bütün ailə üzvləri varis kimi istifadə edə bilər. Bunun üçün etibarnamə tələb olunmur. Lakin kənar şəxslərə etibarnamənin verilməsi öhdəliyi var. Bu mənada yaxşı olar ki, avtomobilə aid etibarnamənin müddəti uzadılsın və birinci dərəcəli qohumlara verilən etibarnamənin qiyməti azaldılsın.
Hesab edirəm ki, fiziki şəxslər arasında etibarnamə verilməsi artıq keçmişdə qalıb. Bu səbəbdən artıq etibarnaməyə ehtiyac yoxdur.
Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə bu istiqamətdə dəyişikliklər olunmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB