YAP Şəmkir rayon təşkilatında veteran partiya üzvləri ilə görüş keçirilib FOTOLAR
Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatının qərərgahında partiya veteranlarının iştirakı ilə növbəti görüş keçirilib. Görüşdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, partiya veteranlarından Sahib Quliyev, Tağıyev İbrahim, Tofiq İsgəndərov, Zahid Quliyev, Nəriman Alıyev və hal-hazırda Könüllü kənd ərazi partiya təşkilatının sədri Məmməd Salahov iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirmişdir ki, partiya veteranlarına diqqət və qayğı göstərilməsi, onları narahat edən problemlərin həlli partiya rəhbərliyinin hər zaman böyük həssaslıqla yanaşdığı və xüsusi diqqət mərkəzində saxladığı məsələdir.
Sonra rayon təşkilatının sədri yubilyarları təbrik edərək, onlara möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər arzulamış, onları rayon təşkilatı adından təbrik edərək, xoş arzularını bildirmişdir.
Tədbirdə həmçinin YAP Şəmkir rayon təşkilatının ictimai-siyasi həyatında fəallıqlarına görə və yubileyləri münasibətilə partiya veteranları Fəxri Fərmanlarla, və hədiyyələr ilə təltif olunublar.
Veteran partiyaçılar onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyası sıralarında olmaqdan qürur duyduqlarını vurğulayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB