“Forum dünya siyasətində ədalətli münasibətlərin qorunmasında mühüm rola sahibdir” - Vu Hongbo
“Xüsusilə inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrin beynəlxalq sistemdə bərabər iştirakının təmin edilməsi bu yanaşmanın mühüm istiqamətlərindən biridir”.
SİA xəbər verir ki, bu fikirləri Çin Hökumətinin Avropa İşləri üzrə Xüsusi Nümayəndəsi Vu Hongbo XIII Qlobal Bakı Forumda çıxışı zamanı səsləndirib.
O qeyd edib ki, bu prinsiplər, dünya siyasətində ədalətli münasibətlərin qorunması və qlobal balansın təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər bir dövlətin beynəlxalq arenada eyni hüquqlara malik olması, yalnız siyasi və iqtisadi mövqedən asılı olmayaraq, beynəlxalq dialoqun effektivliyini artırır və qlobal əməkdaşlıq üçün sağlam zəmin yaradır.
Bu baxımdan Birləşmiş Millətlər Təşkilatının hər bir üzv dövləti üçün suveren bərabərlik prinsipi fundamental əhəmiyyət daşıyır. Bu prinsip dövlətlərin müstəqilliyini qorumaqla yanaşı, beynəlxalq hüququn əsas normativ strukturunun möhkəmləndirilməsinə xidmət edir. Hər bir üzv dövlətin bu prinsipi pozmaqdan çəkinməsi, beynəlxalq münasibətlərdə ədalətin və qarşılıqlı hörmətin saxlanmasına töhfə verir. Əks halda, suveren bərabərliyin pozulması beynəlxalq hüququn əsas prinsiplərinin zədələnməsi kimi qiymətləndirilir və qlobal stabilliyə mənfi təsir göstərə bilər.
Bundan əlavə, suveren bərabərlik prinsipi yalnız hüquqi çərçivədə deyil, həm də praktik səviyyədə inkişaf etməkdə olan ölkələrin beynəlxalq iqtisadi, sosial və siyasi proseslərdə iştirakını təmin edən mühüm alət kimi çıxış edir. Bu, həm də beynəlxalq əməkdaşlığın daha inklüziv və balanslı olmasına imkan yaradır, kiçik və zəngin olmayan dövlətlərin də qlobal qərar qəbuletmə prosesinə bərabər hüquqlarla qoşulmasına şərait yaradır”.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB