Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin "X" hesabında paylaşım edilib.

"İran dövləti tərəfindən Naxçıvana edilən hücumları qınadığına və Azərbaycan ilə Qazaxıstan arasında qardaşlıq və müttəfiqlik münasibətləri ruhunda ölkəmizə göstərdiyi dəstəyə görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm", - deyə paylaşımda qeyd olunub.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə