İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil bildirib ki, rəsmi Tehran məsələyə ciddi və prinsipial yanaşır.
SİA xəbər verir ki, səfir bu fikirləri mətbuat konfransında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, İranın özünümüdafiə çərçivəsində Amerika Birləşmiş Ştatları və İsrailin regiondakı hərbi bazalarına endirdiyi zərbələr dost və qonşu ölkələrə qarşı yönəlməyib: “Bu addımlar yalnız təcavüzkar dövlətlərin İran İslam Respublikasına qarşı atdığı addımlara cavab xarakteri daşıyır”.
Səfir qeyd edib ki, son iki gün ərzində baş verən hücumlar ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən hibrid təcavüzün tərkib hissəsidir. O bildirib ki, hücumlar nəticəsində yüksək vəzifəli şəxslər və mülki vətəndaşlar həyatını itirib.
Müctəba Dəmirçil əlavə edib ki, Minab rayonunda qızlar üçün nəzərdə tutulmuş ibtidai məktəbə edilən hücum nəticəsində bina dağıdılıb və ölənlər var. O, mülki əhaliyə qarşı hücumların qəbuledilməz olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB