Azərbaycan səfiri BMT-də mina təhlükəsi və keçmiş köçkünlərin qayıdışını gündəmə gətirib
Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev BMT-nin Sosial İnkişaf Komissiyasının 64-cü sessiyası çərçivəsində BMT yanında Pakistanın daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən iclasda münaqişələrin yaratdığı ağır sosial nəticələrə diqqət çəkib.
SİA xəbər verir ki, səfir bildirib ki, dünyada davam edən münaqişələr cəmiyyətləri və iqtisadiyyatları sarsıdır: "Münaqişələr kütləvi köçkünlüyə səbəb olur, humanitar böhranları dərinləşdirir, sosial inkişaf sahəsində görünməmiş çətinliklər yaradır və zəif iqtisadiyyatlar ilə institutlara ciddi təzyiq göstərir".
O vurğulayıb ki, Azərbaycan müharibə və işğalın sosial təsirlərini ağır şəkildə yaşamış ölkələrdəndir. 2020-ci ildən sonra hökumət keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli qayıdışı üçün genişmiqyaslı bərpa proqramı həyata keçirir. 2021–2025-ci illərdə bu məqsədlə 13,5 milyard dollardan çox vəsait ayrılıb, hazırda 70 minə yaxın insan azad edilmiş ərazilərdə yaşayır.
Bərpa işlərinin innovativ yanaşmalarla aparıldığını deyən diplomat qeyd edib: "Dağıdılmış şəhər və kəndləri sıfırdan yenidən qururuq. Ağıllı şəhər, ağıllı kənd və yaşıl enerji zonası konsepsiyaları tətbiq olunur".
Səfirin sözlərinə görə, hökumət 130 mindən çox insana sosial dəstək göstərib, lakin proses minalarla ciddi şəkildə ləngiyir: "Keçmiş işğal olunmuş ərazilərdə təxminən 1,5 milyon mina və çoxlu sayda partlamamış sursat qalır və onlar hələ də insanların həyatına təhlükə yaradır".
O, həmçinin müharibə nəticəsində itkin düşmüş 4 mindən çox azərbaycanlının taleyinin naməlum qaldığını xatırladıb və əlavə edib: "Münaqişələrin ağır nəticələri davamlı milli səylərlə yanaşı beynəlxalq əməkdaşlıq və həmrəyliyi zəruri edir ki, heç kəs kənarda qalmasın".
Xəbər lenti
Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%

2008-2026. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Üzeyir Hacıbəyli küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;



