Şri-Lanka Demokratik Sosialist Respublikası hökumətinin dəvəti əsasında Azərbaycanın bu ölkədəki qeyri-rezident səfiri Elçin Hüseynli Şri-Lankanın milli bayramı – Müstəqillik Günü münasibətilə fevralın 4-də təşkil edilən bayram tədbirlərində iştirak məqsədilə paytaxt Kolombo şəhərinə səfər edib.
Bu barədə SİA-ya Azərbaycan Respublikasının Hindistan Respublikasındakı Səfirliyindən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində səfir Kolomboda təşkil edilmiş hərbi parad və rəsmi ziyafətdə iştirak edib, Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm naziri Vicita Herat (Vijitha Herath), habelə Xarici İşlər Nazirliyində nazir müavini Arun Hemaçandra (Arun Hemachandra), xarici işlər katibi Aruni Ranaraca (Aruni Ranaraja) və digər rəsmilərlə görüşüb.
Görüşlər zamanı Azərbaycan və Şri-Lanka arasında siyasi, iqtisadi-ticarət, enerji, turizm, hava əlaqəsi və təhsil sahələrində ikitərəfli əlaqələrin inkişafına böyük maraq ifadə olunub. Çoxtərəfli formatlarda, xüsusilə Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründə və 2026-cı il mayın 17–22-də Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar daha fəal əməkdaşlığın və mübadilələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb.
Həmsöhbətlər Şri-Lanka vətəndaşlarının Azərbaycanın dövlət təhsil qrant proqramlarında iştirak imkanına, habelə ölkədə baş verən son təbii fəlakət zamanı göstərilən humanitar yardıma görə Azərbaycan rəhbərliyinə və xalqına dərin minnətdarlıq ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB