Anar Quliyev qlobal mənzil böhranının həllinə dair Azərbaycanın təcrübəsini bölüşüb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli koordinatoru Anar Quliyev Cenevrədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 35-ci Yüksək Səviyyəli Toplantısı çərçivəsində dövrümüzün ən aktual çağırışlarından biri olan qlobal mənzil böhranının həllinə dair birgə yanaşmalara həsr olunmuş panel müzakirəsində çıxış edib.
SİA komitəyə istinadən xəbər verir ki, panel müzakirəsi zamanı iqlim dəyişikliyi, məcburi köçkünlük və demoqrafik dəyişikliklərin mənzil məsələsini şəhər gündəliyinin mərkəzinə çıxardığı vurğulanıb. Bu kontekstdə Anar Quliyev mənzilin ayrıca bir sahə kimi deyil, təhlükəsiz, inklüziv və dayanıqlı şəhər və yaşayış məskənlərinin əsas sütunu kimi nəzərdən keçirilməsinin vacibliyini qeyd edib.
Komitə sədri Azərbaycanın əlçatan mənzil sahəsində əldə etdiyi təcrübəni, həmçinin "Yenidən və daha yaxşı qur" prinsipi əsasında Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən yenidənqurma işlərini və əhalinin doğma torpaqlara qayıdışını təmin edən transformativ yanaşmaları iştirakçılarla bölüşüb.
Bildirib ki, mənzil sahəsində mövcud çağırışlar heç bir ölkə tərəfindən təkbaşına həll edilə bilməz. Bu baxımdan o, beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, həmkarlarını 17–22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştiraka dəvət edib
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB