“Ənənəvi “kağız üzərində hesabat” dövrü bitir, rəqəmsal idarəetmə üstünlük qazanır“ POLİTOLOQ DANIŞDI
“Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelini ölkənin digər bölgələrinə, hətta bütövlükdə Azərbaycana şamil etmək barədə verdiyi mesaj dövlət idarəçiliyində struktur islahatlarının perspektivinə işarədir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, bu modelin mahiyyəti , operativlik, çeviklik və minimum bürokratik iştirak, klassik məmur aparatının həcmini kiçiltməklə daha sürətli qərarvermə mexanizmini formalaşdırmaqdır:
“Əgər bu yanaşma ölkə miqyasında tətbiq olunarsa, bir sıra ənənəvi qurumların funksional yükü ya azalacaq, ya da tamamilə ləğv ediləcək. İlk növbədə rayon və şəhər icra hakimiyyətlərinin indiki forması sual altına düşə bilər. Çünki yeni modeldə mərkəzi hökumətin təyin etdiyi xüsusi nümayəndəliklər daha çevik koordinasiya imkanına malikdir və paralel strukturların saxlanması artıq görünür. İkinci istiqamət, müxtəlif sahə üzrə komitə və agentliklərin birləşdirilməsi. Məsələn, kənd təsərrüfatı, ekologiya və infrastruktur sahələrində regional idarələrin ayrıca mövcudluğu əvəzinə vahid koordinasiya mərkəzləri yaradıla bilər. Bu, həm maliyyə yükünü azaldacaq, həm də qərarların icrasını sürətləndirəcək.
Bürokratik aparatın ixtisarı eyni zamanda dövlət qulluqçularının sayının azalmasına gətirib çıxaracaq. Ənənəvi “kağız üzərində hesabat” dövrü bitir, rəqəmsal idarəetmə üstünlük qazanır. Bu isə aralıq qurumların, məsələn, bəzi nazirliklərin regional şöbələrinin , funksiyasını mənasız edir. Onların yerini elektron platformalar və mərkəzləşdirilmiş qərarvermə sistemi tuta bilər.
Yeni idarəetmə modeli gələcəkdə icra hakimiyyətlərinin klassik formalarının, regional şöbələrin və bəzi agentliklərin ləğvinə səbəb ola bilər. Bu, dövlət idarəçiliyində daha az məmurla daha çox nəticə əldə etməyi hədəfləyən modern yanaşmadır”
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Warning: array_chunk() expects parameter 1 to be array, null given in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 169
Warning: Invalid argument supplied for foreach() in /home/siaaz/www/classes/tpl.class.php(70) : eval()'d code on line 170




USD
EUR
GBP
RUB