Azərbaycan ilə Türkiyə qarşılıqlı hərbi təhlükəsizliyi möhkəmləndirir.
SİA xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu”nu təsdiqləyib.
Səkkiz maddədən ibarət sənədə əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər. Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və müvafiq milli qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilir. Sənədə uyğun olaraq, tərəflər öz milli qanunvericiliklərinə əsasən, hərbi sahədə məlumat mübadiləsini və hərbi kəşfiyyat üzrə əməkdaşlığı gücləndirəcək, hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları bir-biri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB