Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü Gürcüstanda silsilə tədbirlərlə qeyd olunub.
SİA xəbər verir ki, dekabrın 12-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbərliyi və əməkdaşları, Tbilisidə səfərdə olan Azərbaycan Respublikası Dini Məsələlər üzrə Dövlət Komitəsinin, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, Gürcüstanda Azərbaycan icmasının üzvləri və tələbələr Tbilisidəki Heydər Əliyev adına Parkda Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Daha sonra Kür çayının sağ sahilində yerləşən xatirə lövhəsi ziyarət olunub. Burada müasir Azərbaycan dövlətçiliyinin banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin adı əbədiləşdirilib. Buradakı yazı – onun Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi qlobal layihələrin təşəbbüskarı, Azərbaycan-Gürcüstan dostluğunun memarı kimi bölgədə oynadığı tarixi rola verilən dəyərin ifadəsidir.
Ardınca Rustavi şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkdakı abidəsi də ziyarət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB