Milli Məclisin bu gün keçirilən iclasında Moldova ilə yeni saziş müzakirəyə çıxarılıb

Milli Məclisin bu gün keçirilən iclasında Moldova ilə yeni saziş müzakirəyə çıxarılıb. SİA xəbər verir ki, gündəliyə “Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi daxil edilib.

Qeyd olunub ki, bu saziş iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

Məsələ səsə qoyuldu və qəbul edildi.

Bütün xəbərlər Facebook səhifəmizdə