"Ölkə başçısı 12 noyabr 2025-ci ildə həm Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsini, həm də müxtəlif rayonlara yeni təyin olunmuş icra başçılarını qəbul etdi və onlara öz tapşırıqlarını, tövsiyələrini verdi". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib.

Siyasi şərhçi sözlərinə belə davam edir: "Ölkə başçısı bir daha vurğuladı ki, əsas vəzifəniz xalqa xidmət etmək, təyin olunduğunuz rayonların və bölgələrin problemlərini həll etməkdir. Ən önəmlisi isə xüsusi olaraq qeyd etdi ki, vəzifə şəxsi maraqlar üçün, şəxsi varlanmaq və ya kimlərinsə tapşırıqlarını yerinə yetirmək üçün deyil, yalnız Prezidentin və dövlətin siyasətini həyata keçirmək üçün verilir.
Bu, yüksək vəzifəli məmurlar üçün bir daha ciddi xəbərdarlıq idi. Bildiyiniz kimi, ölkə başçısı 2019-cu ildən etibarən bu barədə dəfələrlə xəbərdarlıq edib. Amma təəssüf ki, bəzi icra başçıları buna baxmayaraq qanun pozuntularına və korrupsiya hallarına yol verdilər və nəticədə həbs olundular. Təəssüf ki, bəziləri bundan da nəticə çıxarmadı.
Prezidentin son görüşdəki xəbərdarlığı bir daha bütün məmurlara yönəlmişdi: heç kim özünü xalqdan, millətdən üstün saya bilməz. Kimliyindən asılı olmayaraq, qanunu pozan və qeyri-qanuni işlərlə məşğul olan hər kəs qanun qarşısında cavab verəcək. Naxçıvan nümunəsində də bunu gördük. Üç ilə yaxın əvvəlki səlahiyyətli nümayəndənin fəaliyyəti dövründə Prezidentə çatdırılan narazılıqlar fonunda ölkə başçısı qərar verdi və həmin şəxsi vəzifədən azad etdi. Bu da bir daha göstərir ki, Prezident məmurların fəaliyyəti ilə bağlı ciddi və prinsipial mövqe tutur".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB