Şuşada yaxın aylarda üçüncü yaşayış kompleksinin inşasına başlanacaq

“Gələn il Şuşada bərpa-qurululuq işləri davam edəcək”. SİA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib.

O deyib ki, hazırda Şuşa şəhərində intensiv tikinti işləri aparılır, iki yaşayış kompleksinin inşasına başlanılıb, yaxın aylarda üçüncü yaşayış kompleksinin inşasına da başlanacaq.

“Gələn ilin sonu - 2027-ci ilin əvvəlində mərhələli olaraq binaları şuşalıların istifadəsi verəcəyik. Keçmiş məcburi köçkünlərin növbəti köç dalğası baş tutacaq. Şəhərin mərkəzi olan Qarabağ küçəsində inşa olunan binaların daxilində tamamlama işləri gedir. Buda şəhərdə mehmanxana xidmətinin daha yaxşı olmasına imkan verəcək”, - deyə A. Kərimov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə