Milli Məclisdə büdcə müzakirələri başladı

Milli Məclisdə büdcə müzakirələri başladı

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb. SİA xəbər verir ki, iclasda komitə üzvləri, hökumət nümayəndələri, aidiyyəti dövlət qurumlarının təmsilçiləri və media nümayəndələri iştirak edirlər.

Müzakirələr zamanı gələn ilin büdcə parametrləri, sosial-iqtisadi inkişaf prioritetləri, sosial təminat və səhiyyə sahələrinə ayrılacaq vəsaitlər, eləcə də enerji təhlükəsizliyi və ekoloji layihələrin maliyyələşdirilməsi ilə bağlı təqdimatlar səsləndirilir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə