Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Madriddə keçirilən VI Konqresdə iştirak edib - FOTOLAR
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti 28-30 oktyabr tarixlərində Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatına sədrlik edən İspaniya Krallığı Konstitusiya Məhkəməsinin sədri Kandido Konde-Pumpidonun və Katibliyinin fəaliyyətini təmin edən Avropa Şurasının Venesiya Komissiyasının dəvəti ilə “Gələcək nəsillərin insan hüquqları” mövzusunda keçirilmiş VI Konqresdə iştirak etmək üçün İspaniyanın Madrid şəhərində səfərdə olub. SİA xəbər verir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 2009-cu ildən fəaliyyət göstərən Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatına 2011-ci ildən tamhüquqlu üzv seçilmişdir. Konfransın müxtəlif illərdə Cənubi Afrika Respublikasının Keyp Taun, Braziliya Federativ Respublikasının Rio-de-Janeyro, Cənubi Koreya Respublikasının Seul, Litva Respublikasının Vilnüs şəhərlərində və İndoneziya Respublikasının Bali adasında konqresləri keçirilmişdir.
Tədbirdən əvvəl Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin də daxil olduğu Avropa və Asiya ölkələrinin Konstitusiya Məhkəmələrinin üzv olduqları Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı Təşkilatının Bürosuna daxil olan bir sıra qrupların iclasları keçirilmişdir.
Konqres çərçivəsində “Təbii ehtiyatların və ətraf mühitin qorunması”, “Bəşəriyyətin mədəni irsinin qorunması”, “Elmi biliklərə və yeni texnologiyalara əlçatanlıq”, “Konstitusiya Məhkəmələrinin müstəqilliyi” adlı sessiyalar keçirilmişdir.
Daha sonra konqresdə səsləndirilən məruzələr üzrə müzakirələr və geniş fikir mübadiləsi aparılmış, yekun iclasda məruzəçilərin milli hesabatları dinlənilmiş və Madrid Komunikesi qəbul edilmişdir. Sənəddə sağlam ətraf mühitdə yaşamaq hüququnun mühüm insan hüquqlarından biri olduğu qeyd olunub. Həmçinin, Konstitusiya Məhkəmələri mədəni irsin qorunmasına öz töhfələrini verməli və rəqəmsal texnologiyaların tətbiqində şəxsi məlumatların mühafizəsinə xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanıb.
Konqresin rəsmi bağlanış mərasimində İspaniya Kralı VI Felipe tədbir iştirakçılarını salamlamış və konqresin Konstitusiya Məhkəmələri arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsində mühüm rol oynayacağına əmin olduğunu bildirmişdir.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti bir sıra ölkələrin Konstitusiya Məhkəmələrinin sədr və hakimləri ilə işgüzar görüşlər keçirmiş və hüquq məsələləri müzakirə etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə
                        
                                                    
                    
                        
                        
                        
    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
                                                    
    .jpg)

.jpg)
        
    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
 USD
 EUR
 GBP
 RUB