Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin sessiyasında Azərbaycan da təmsil olunub
Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 49-cu sessiyası keçirilib. SİA xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan nümayəndələri də iştirak ediblər. Nümayəndə heyətinin tərkibində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının və M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Nərimanov bələdiyyəsinin üzvü Samirə Hüseynova və ABMA-nın məsul əməkdaşı Rövşən Məmmədov yer alıb.
Sessiya çərçivəsində Konqresin “Avropada yerli özünüidarənin təşviqinin dörd onilliyi: Avropa Xartiyasının 40 ili” mövzulu cari sessiyasının ilk günündə yeni üzvlərin etimadnamələri təsdiq olunub və eləcə də Avropa Şurasının Baş katibi Alen Bersenin bəyanatı dinlənilib. Baş katib çıxışında Cənubi Qafqazda Ermənistan və Azərbaycan arasında sonlandırılan münaqişə və hazırda gedən sülh prosesindən məmnun olduğunu ifadə edib. O, bu xüsusda, hər iki ölkə liderinin səylərini təqdir edib.
Konqresin 49-cu sessiyası gündəlikdəki məsələlərlə bağlı müzakirə və çıxışlarla davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB