Hikmət Hacıyev ABŞ-da sülh gündəliyi barədə müzakirələr apardı

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Konqresində keçirilən Yaxın Şərq Sammitində iştirak edib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın Vaşinqtondakı səfirliyinin "X" hesabında paylaşım edilib. Hikmət Hacıyev sammit çərçivəsində Azərbaycan-ABŞ strateji tərəfdaşlığı, regional məsələlər və qlobal təsirə malik olan sülh gündəliyi barədə müzakirələr aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə