Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Almaniyanın bir neçə ay ərzində nüvə silahı əldə edəcəyini bəyan edib
Bugünkü dünya düzəni baş verən dağıdıcı müharibələr və münaqişələrlə çalxalanır. Hər bir qitədə insan ölümləri, şəhər və qəsəbələrin dağıdılması, tarixi bunaların, memarlıq nümunələrinin məhv edilməsi müşahidə olunur. Ağır, böhranlı vəziyyəti aradan qaldırmaq, dünyada sülhü və təhlükəsizliyi təmin etmək üçün dövlətlər və onların başçıları o dərəcədə maraqlı görünmürlər. Çünki aparıcı dövlətlər müharibələrin baş verməsi ilə iri həcmli silahlarını satır, öz dövləti maraqlarını müharibə aparan dövlətlərə diktə edirlər.
Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına yardımçı olmalıdır. Bu prinsip BMT niznaməsində və əsasnaməsində öz əksini tapıb. Lakin Rusiya özü azad, demokratik, müasir dövrün tələblərinə uyğun idarəetmə həyata keçirən Ukraynaya hücum etdi və artıq 4 ilə yaxındır ki, qanlı müharibə davam edir. Ən dəhşətlisi ondan ibarətdir ki, Rusiya -Ukrayna müharibəsinin sərhədləri aşaraq dünyanın hər yerinə yayılması təhlükəsi var. Çünki Avropanın bəzi iddialı dövlətləri, o cümlədən Almaniya, Fransa kimi bəşəriyyətə təhlükə mənbəyi olan ölkələr Ukraynaya qoşun göndərməklə Rusiyaya qarşı müharibə aparacaqlarını bəyan ediblər. Bu isə Rusiyanın əlində olan nüvə silahından istifadə etməsi deməkdir. Dəfələrlə Rusiyanın sərxoş Medvedevdən tutmuş, ağıllı hesab olunduğu iddia edilən Putinə, o cümlədən də Valeri Gerasimova qədər hər bir Rusiyanın hərbi, siyasi rəhbərliyi müharibə meydanına xarici orduların burunlarını soxacaqları təqdirdə nüvə silahından istifadə edəcəklərini bildiriblər. Bu kimi xəbərdarlıqlar Avropadakı Hitlerin, Napoleonun nəvələrini heç də narahat etmir. Onlar dönə-dönə Ukraynaya ordu birləşmələrini göndərəcəklərini qeyd edirlər.
F. Mertzi Hitlerin təlimatını uyğun fəaliyyətini qurur
Almaniya üçün Alternativ” (AfD) Partiyasının hərbi sözçüsü, istefada olan polkovnik Rüdiger Lukasse Rusiya sərhədləri yaxınlığına qoşun göndərilməsini qabaqlayıcı tədbir kimi də dəyərləndirib. Onun sözlərinə görə, Almaniya Litvada 5 minə yaxın müasir silahlarla təmin edilmiş hərbi kontingent yaratdıqdan sonra Rusiya Berlinə hücum etməyi planlaşdırır.
Rüdiger Lukasse Almaniyanın Rusiyanın hücümundan qorunması üçün ölkəsinin nüvə silahı əldə etməsinə nail olacağını söyləyib: “Almaniyanın nüvə silahına və məcburi hərbi xidmətə ehtiyacı var, xüsusən də qadınlar üçün. Bunun üçün konstitusiya mümkün qədər tez dəyişdirilməlidir.ABŞ-nin nüvə qalxanı Avropa üzərində yox olarsa, qitədəki ölkələr müstəqil hərəkət etməlidir.Almaniya Avropanın strateji müstəqilliyi, öz hərbi və komandanlıq strukturuna malik kollektiv təhlükəsizlik sistemi çərçivəsində nüvə silahlarının qarşısının alınması qabiliyyətinə malik olmalıdır”.
Xatırlatmaq yerinə düşərdi ki, ikinci dünya müharibəsi illərində Litvanı xarabazarlıqlara çevirən faşit Almaniya ordusunun bölmələrini 80 il sonra Litva prezidenti Gitanas Nauseda gül çiçəklə qarşılayıb. O qarşılanma məraimində bu günü “tarixi gün” adlandırıb və alman əsgərlərinə təşəkkür edərək deyib: “Sizin burada olmağınız təkcə Litvanı deyil, bütün Avropanı daha təhlükəsiz və güclü edir”.
Almaniya Kansleri Fridrix Merts çıxışında bildirib ki, bu addım Almaniyanın NATO qarşısında öhdəliklərinə və Avropanın təhlükəsizliyinə ciddi əhəmiyyət verməsinin göstəricisidir. Kansler Almaniya və digər müttəfiqlərin NATO-nun Şərq cinahını gücləndirilməsinə xüsusi diqqət ayırdığını vurğulayıb. Almaniyanın NATO-nun təhlükəsizliyi və müdafiəsi naminə Silahlı Qüvvələrinə böyük investisiya qoyduğunu qeyd edən F.Merts bildirib ki, ölkə bununla müttəfiqlərinə də bir siqnal göndərmək istəyir: “Biz müttəfiqlərimizlə birlikdə ittifaq ərazisini istənilən təcavüzə qarşı müdafiə etməkdə qətiyyətliyik. Baltikyanı müttəfiqlərimizin təhlükəsizliyi bizim də təhlükəsizliyimizdir. Biz Baltikyanı tərəfdaşlarımızın yanında qətiyyətlə dayanırıq... Əziz litvalılar, siz bizə - Almaniyaya güvənə bilərsiniz”.
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Polşanın "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib ki, Almaniyanın bir neçə ay ərzində nüvə silahı əldə etmək üçün lazım olan hər şeyi var: “Almaniyaya nüvə silahı yaratmaq üçün çox az vaxt lazım olacaq. Bunun üçün sadəcə bir neçə ay tələb oluna bilər. Almanların bunun üçün lazım olan nüvə materialı var, bunu necə edəcəklərini bilirlər. Onların ixtiyarında bütün lazımi texnologiyalar var", - deyə Qrossi jurnalistin sualını cavablandırıb.
Eyni zamanda o, bunların yalnız hipotetik fərziyyələr olduğunu vurğulayıb. Qrossi xəbərdarlıq edib ki, Avropa ölkələri nüvə silahı əldə etməyə çalışmamalıdır, çünki bu, dünya nizamını "cəngəllik qanunu"na çevirəcək: “Avropa ölkələri Nüvə Silahlarının Yayılmaması Müqaviləsini pozmaqda nümunə göstərsələr, biz 20-30 ölkənin nüvə silahına malik olduğu dünyaya şahid olardıq. Axı belə silahların yaradılması potensialı bütün Qərbi Avropada, bir çox Asiya ölkələrində, həmçinin Fars körfəzi ölkələrində mövcuddur... Biz "cəngəllik qanunu"na qayıdardıq, hər kəs özbaşına hərəkət edərdi”.
Almaniya Hitlerin irsindən və təlimatından heç zaman imtina etməyib
Almaniya kimi son iki yüz il ərzində bəşəriyyətə fəlakətlər gətirmiş dövlət nüvə silahı əldə edərsə, bu, artıq dünyanın sonu olacaq. Çünki bu dövlət Hitlerin irsindən və təlimatından heç zaman imtina etməyib. Hər zaman bəşəriyyətdən İkinci Dünya müharibəsində üzləşdikləri faciələrin qisasını alacaqlarını açıqlayıblar. Hətta Almaniyanın yeni kansleri F.Mertzi açıq şəkildə dünyanı hədələyib. O, Bundestaqda çıxışı zamanı Almaniyanın İkinci Dünya müharibəsi zamanı ərazilərinin ilhaq edildiyini və zəbt olunmuş torpaqların geri qaytarılmasının zamanı çatdığını bildirib. Əlavə edib ki, hədəflərə çatmaq və məqsədləri reallaşdırmaq üçün hərbi gücün artırılmasına və silahlanmaya ayrılan xərclərin artırılmasına zərurət var.
F.Mertzin çıxışı fonunda Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Polşanın "Rzeczpospolita" qəzetinə müsahibəsində bildirib ki, Almaniyanın bir neçə ay ərzində nüvə silahı əldə etmək üçün lazım olan hər şeyi var-deyə xəbərdarlıq etməsi onu təsdiq edir ki, bəşəriyyət üçüncü dünya müharibəsinə hazır olmalıdır. Yəni iki dünya müharibəsi ilə bəşəriyyətin sonunu gətirə bilməyən Almaniya üçüncü dünya müharibəsi ilə məkrli planlarını reallaşdırmağa yaxın olacaq. Bu arada bəzi ölkələrin, xüsusilə də ABŞ-ın Almaniyanın nüvə silahı əldə etməsinə göz yumması təəccüb və təəssüf doğurur. Ən azı ona görə ki, ABŞ, Böyük Britaniya, Çin və digər dünyada güc mərkəzi kimi tanınan dövlətlər birinci və ikinci dünya müharibəsinin əsas müəllifinin Almaniya olduğunu yaxşı bilir və bu müharibələr zamanı ölkələrinin dəhşətli faciələrə, fəlakətlərə məruz qaldığını da bilirlər. Almaniyanın nüvə silahı əldə etməsinə sözügedən güc mərkəzlərinin laqeyid qalmaları onların dünyanın yeni və amansız fəlakətlərlə üzləşməsində maraqlı olduqlarını göstərir. Yalınız Rusiya tərəfi Almaniyanın kimyəvi silah əldə etməsinə qarşı çıxıb, bu etiraz da sadəcə Avropa-Rusiya qarşıdurmasından qaynaqlanır. Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov “Rossiya 24” telekanalının efirində bildirib ki, Almaniyanın nüvə silahı əldə etməsinə imkan verilməyəcək: “Əlbəttə, bu, axmaqlıqdır, heç kim Almaniyanın nüvə silahı əldə etməsinə icazə verməyəcək. Nə biz, nə amerikalılar, nə də ümumiyyətlə nüvə silahının yayılmaması rejimi buna imkan verməyəcək”.
Almaniyanın hərbləşməsinə imkan verilməməlidir
Siyasi təhlilçilərində qeyd etdiyi kimi, Almaniyanın hərbləşməsi və silah arsenalını genişləndirməsi bəşəriyyətə yalnız bəlalar gətirə bilər. Ən təhlükəli vəziyyət isə Hitlerin nəvələrinin nüvə silahı əldə etməsi ola bilər. Çünki Almaniyanın nüvə silahına malik olması ilk öncə qonşu dövlətlərə təhdid, sonrakı mərhələdə isə bəşəriyyətin üçüncü dünya müharibəsi ilə üz –üzə qalması demək olar. Bir növ Almaniyanın faşist təmayüllü qüvvələrinin əlində atom bombası olması terrorçuların nüvə silahı ilə bəşəriyyəti hədələməsi deməkdir. Kim qarantiya verə bilər ki, sabah faşist ideologiyası ilə "silahlan"mış Hitlerin nəvələri hansısa ölkəni işğal etməsi üçün nüvə silahından istifadə etməyəcək? Təbii ki, atom bombasından istifadə edilməsi dünyanın sonunu gətirəcək. Bunun real və qaçılmaz olduğunu dünya xalqları dərk etməlidirlər. Eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlar bəşəriyyəti gözləyən dəhşətli fəlakətin ağırlığını anlamalıdırlar. Nəzərə almaq lazımdır ki, ötən əsrin iyirminci əsrində baş verən iki dünya müharibəsinin müəllifi məhz faşist Almaniyası olub. Ona görə də, insanlıq hərəkətə keçməli faşizmin beşiyi olan Almaniyanın zərərsizləşdirilməsi üçün hərəkətə keçməlidir. Əks halda sabah doğmalı olan günəşi zülmət qaranlıq əvəz edə bilər.
İLHAM ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə