İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib. SİA xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.
- Xanımlar və cənablar, sabahınız xeyir olsun.
Əvvəlcə, bütün qonaqlarımızı salamlayıram və bizimlə birlikdə olduqlarına görə təşəkkür edirəm. Eyni zamanda, təşkilatçılara da Azərbaycanın enerji gündəliyini davamlı olaraq dəstəklədiklərinə görə minnətdarlığımı bildirirəm.
Artıq qeyd edildiyi kimi, ilk neft-qaz sərgisi 1994-cü ildə təşkil edilmişdir. Həmin sərgidən dərhal sonra Azərbaycan beynəlxalq neft şirkətləri konsorsiumu ilə sonralar “Əsrin müqaviləsi” adlandırılan, regionda bütün geosiyasi və geoiqtisadi vəziyyəti dəyişdirən sazişi imzaladı.
Bunlar Prezident Heydər Əliyevin baxışı sayəsində mümkün oldu. O, aydın şəkildə anlayırdı ki, xüsusilə də enerji sahəsində geniş beynəlxalq əməkdaşlıq olmadan - nəzərə alsaq ki, o zaman bizim iqtisadiyyatımızın ən cəlbedici sahəsi məhz enerji idi, - Azərbaycan çətinliklərin öhdəsindən gələ bilməyəcək və həqiqi müstəqil dövlət ola bilməyəcək.
Çünki bu gün həmin dövrə nəzər salanda aydın olur ki, müstəqillik uğrunda yol həmin tarixi məqamdan başladı. O zaman Azərbaycan müəyyən obyektiv səbəbdən xarici investorlar üçün riskli ölkə hesab edilirdi. Ölkədə vətəndaş qarşıdurması yeni başa çatmışdı, iqtisadiyyat iflic vəziyyətində idi, inflyasiya 1000 faizlə ölçülürdü və yoxsulluq hökm sürürdü. Bununla yanaşı, ərazilərimizin Ermənistan tərəfindən işğalı nəticəsində 100 minlərlə azərbaycanlı etnik təmizləməyə məruz qalmışdı. Təsəvvür edirsiniz ki, gələcəklə bağlı nə dərəcədə qaranlıq mənzərə yaranmışdı?! Bu gün isə onu görürük ki, bizim enerji siyasətimiz iqtisadi və siyasi uğurumuzun aparıcı qüvvəsidir.
Bu gün Azərbaycan sabit iqtisadi sistemə və inkişaf etməkdə olan iqtisadiyyata malik ölkədir. Neft və qazın bizim ÜDM-də payı təqribən 30 faizdən artıqdır. Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirir. Bizim iqtisadiyyatımız özünü təmin edir. Bizim xarici borcumuzun səviyyəsi ÜDM-in 7 faizindən azdır və maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir. Biz milli sərvətlərin düzgün bölüşdürülməsi nəticəsində yoxsulluğun azaldılmasına müvəffəq olduq və bu gün yoxsulluq səviyyəsi 5 faizə bərabərdir.
Biz insan kapitalına və təhsilə ciddi maliyyə vəsaitləri yatırdıq. Savadlılıq səviyyəsi 100 faizə bərabərdir. Azərbaycan regionda yeni mühit formalaşdırdı.
Açıq dənizə çıxışı olmayan ölkə olduğumuza baxmayaraq, biz Avrasiyanın vacib nəqliyyat qovşaqlarının birinə çevrilmişik. Çünki biz infrastruktur layihələrinə çox böyük sərmayə yatırdıq. Bununla yanaşı, bizim enerji layihələrimiz sayəsində Avrasiyanın enerji xəritəsi yenidən tərtib edilib.
Biz tərəfdaşlarımızla birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəmərlərini inşa etmişik. Əlbəttə, bunların tacı Azərbaycanın dəniz yataqlarından İtaliyanın sahilinə qədər uzanan 3600 kilometrlik Cənub Qaz Dəhlizidir.
Əlbəttə, bir çox digər ölkələrin enerji təhlükəsizliyinə sərmayə yatırımı Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Biz anlayırıq ki, bundan sonra da enerji, neft və qaz bir çox ölkənin enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayacaqdır.
Ötənilki “Bakı Enerji Həftəsi”ndəki çıxışım zamanı mən iştirakçılara məlumat verdim ki, o zaman biz səkkiz ölkəyə təbii qaz ixrac edirdik. Bu gün isə deyə bilərəm ki, həmin ölkələrin sayı 12-yə çatıbdır və bu, hələ də son deyil.
Biz ixrac coğrafiyasının genişləndirilməsi üçün bəzi ölkələrlə danışıqlar və sərmayə qoyuluşu mərhələsindəyik. Boru kəməri ilə müəyyən coğrafiyanın qazla təmin edilməsi baxımından Azərbaycan bu gün qlobal səviyyədə aparıcı dövlətə çevrilmişdir.
Bütün bunlar müsbət dinamikadır və biz enerji sahəmizin inkişafının təkcə Azərbaycanın potensialına deyil, həmçinin qonşuluğumuza da töhfə verdiyini görürük.
Beləliklə, enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Hər kəs üçün uğurlu vəziyyət yaranır və biz hər zaman istehsalçılar, tranzit ölkələr və istehlakçılar arasında maraqların balansına diqqət yetirmişik. Çünki zənnimcə, bu amil gələcək enerji əməkdaşlığı baxımından olduqca vacibdir.
Bizim təbii qaz ixracımız ötən il 25 milyard kubmetrə çatmışdır. Biz hasilatı artırmaq niyyətindəyik, çünki artıq müqavilələr imzalanıbdır və proses getməkdədir. İşlər planlarımıza uyğun getsə, biz 2030-cu ilədək qaz ixracını 8 milyard kubmetrə qədər artıracağıq və o, xarici bazarlara təklif ediləcəkdir.
Bununla yanaşı, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək.
Yəni, Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir.
Bütün bu yaşıl enerji potensialımız sayəsində biz, əlbəttə ki, Azərbaycanın elektrik enerjisinə artan tələbatını təmin edəcəyik, əsasən bərpaolunan enerji hesabına təmin edəcəyik. Bunun nəticəsində bir neçə milyard kubmetr qaza qənaət ediləcəkdir və bu həcm ixrac oluna biləcək.
Əlbəttə, ola bilər ki, COP29-un sədri olaraq neft və qaz haqqında danışmağımız bir o qədər də uyğun deyil. Ancaq bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi. Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır.
Bəzi ölkələrdə bu gün qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Həmçinin burada daha mürəkkəb ssenarilər də baş verə bilər. Yəni, bəzi müəyyən addımları şərtləndirən meyillərə rəğmən həmin balansın qorunması düzgün siyasətdir.
Azərbaycana gəldikdə, biz təbii qazın hasilatının həcmini artırırıq. Çünki buna ehtiyacı olan ölkələr var və biz bu tələbatı ödəməliyik. Eyni zamanda, biz tərəfdaşlarımızla birlikdə yaşıl enerji layihələrinə də yatırım edirik.
2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir. Yəni, bu gün buraya sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcəkdir.
Ötən il “Bakı Enerji Həftəsi” çərçivəsində toplam 1000 meqavat yaşıl enerji həcmində müqavilələr imzalandı. Bu tədbir çərçivəsində də bir neçə yüz meqavat həcmində yeni sazişlər imzalanacaqdır. Yəni, biz bu yol ilə irəliləyirik.
COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik. Onun “Bakı sıçrayışı” adlandırılması bir çox hədəflərə nail olmağımızla bağlıdır. Onların hər birini sadalamaq istəmirəm. Ancaq burada mühüm nailiyyət kimi, “İtki və Zərər Fondu”nu və inkişafda olan ölkələr üçün nəzərdə tutulmuş yardımın 100 milyard dollardan 300 milyard dollara qədər artırılmasını qeyd etmək istəyirəm. Bununla yanaşı, 10 il davam edən müzakirələrdən sonra karbon bazarı da işlək vəziyyətə gətirildi.
Enerji bazarında məsuliyyətli aktor, hər zaman real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.
COP29-la bağlı daha bir hədəfimiz Qlobal Cənub və Qlobal Şimal arasında körpünün qurulması idi və biz buna nail ola bildik. Hədəf ətraf mühiti ən çox çirkləndirən ölkələr, – inkişaf etmiş ölkələr, – və bundan əziyyət çəkən, hətta bəzilərinin mövcudluğuna təhlükə olan inkişafda olan ölkələr arasında etimadın artırılması idi.
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də COP29-da elan edildi və biz köməyimizə ehtiyacı olan ölkələrə dəstək verməyə davam edəcəyik.
Bir daha bütün qonaqlarımızı salamlayır və “Bakı Enerji Həftəsi”nə uğurlar arzulayıram.
Sağ olun.
X X X
Qeyd edək ki, “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən tədbirlərdə energetika sahəsində mövcud vəziyyəti, yeni imkanları və perspektivləri müzakirə etmək üçün 39 ölkədən 267 şirkətin nümayəndəsi iştirak edir. Regionun aparıcı sənaye tədbiri olan və hər il qlobal enerji liderlərini bir araya gətirən “Bakı Enerji Həftəsi” həm regional, həm də beynəlxalq səviyyədə etibarlı platforma kimi formalaşaraq, qlobal tədbirlər təqvimində mühüm və gözlənilən hadisələrdən birinə çevrilib.
“Bakı Enerji Həftəsi” əsasını müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan “Caspian Oil and Gas” sərgisindən götürüb. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Yarandığı gündən etibarən, “Caspian Oil and Gas” sərgisi neft, qaz və energetika sahələrinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrilib. Keçirildiyi 30 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib, dünyanın 80 ölkəsindən 9 mindən çox şirkəti, 170 mindən artıq ziyarətçini cəlb edib.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.
13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji “Caspian Power” sərgisində beynəlxalq və yerli şirkətlərin energetika və yaşıl enerji mənbələrinin inkişafı, istifadəsi sahəsindəki yeniliklər, həmçinin bununla bağlı təkliflər gündəmdə olacaq. Sərgidə Günəş, külək, geotermal enerji, istilik energetikası, maşınqayırma və enerji avadanlıqları, elektrik nəqliyyat vasitələri, enerji resurslarına qənaət edən texnologiyalar və digər sektorlar üzrə məhsul və xidmətlər, eləcə də yeni layihələr nümayiş olunur.
Sonra Prezident İlham Əliyev sərgi ilə tanış oldu.
Dövlətimizin başçısı əvvəlcə Azərbaycanın və strateji tərəfdaşlarının enerji təhlükəsizliyinə mühüm töhfə verən SOCAR-ın stendinə baxdı. Bildirildi ki, SOCAR qlobal enerji şirkəti olaraq milli sərvətlərimizin beynəlxalq bazarlara çıxarılmasında strateji rol oynayır. Neft-qaz şirkətindən beynəlxalq enerji şirkətinə transformasiya istiqamətində məqsədyönlü fəaliyyətini davam etdirən SOCAR keyfiyyətli idarəetmə, şəffaflıq və müasir yanaşmalar əsasında enerji sektorundakı mövqeyini ardıcıl olaraq möhkəmləndirir. Axtarış-kəşfiyyat, hasilat, nəqletmə, emal, istehsal, marketinq, yanacağın pərakəndə satışı, qaz paylanması və bərpaolunan enerji mənbələrinin inkişafı kimi sahələrdə uğurla fəaliyyət göstərən şirkət rəqəmsallaşma, innovasiya, yaşıl enerjiyə keçid vasitəsilə davamlı inkişafı və dayanıqlı artımı təşviq edir. SOCAR, həmçinin iqlim dəyişikliyi ilə mübarizədə fəal iştirak edərək, ekoloji cəhətdən təmiz, aşağıkarbonlu və qabaqcıl texnologiyaların tətbiqinə üstünlük verir.
“bp Azərbaycan” da sərgidə təmsil olunur. Dünyanın aparıcı enerji təchizatçılarından biri olan bu şirkət enerji mənbələrinin təhlükəsiz işlənməsi və hasilatı ilə məşğul olaraq müxtəlif enerji həlləri təqdim edir. Azərbaycanda 33 ildir fəaliyyət göstərən bp beş iri layihənin operatorudur və ölkənin enerji sənayesində mühüm rol oynayır. bp bu dövrdə tərəfdaşları ilə birgə Azərbaycana təxminən 85 milyard dollar sərmayə yatırıb, minlərlə iş yeri yaradıb və geniş sosial layihələr reallaşdırıb.
“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti qardaş ölkənin karbohidrogen kəşfiyyatı və hasilatı sahəsində 70 ildən çox təcrübəyə malik milli neft şirkətidir və Türkiyənin enerji sektorunun əsas iştirakçılarındandır. Azərbaycanla yanaşı, bir sıra ölkələrdə fəaliyyət göstərən şirkət 2025-ci il üçün İnvestisiya Proqramında dövlət müəssisələri arasında ən böyük investisiya büdcəsinə sahibdir. Şirkət 1994-cü ildən Azərbaycanda bir sıra enerji layihələrində iştirak edir.
İtaliyanın “MAİRE” şirkəti enerji keçidini təşviq etməkdə ixtisaslaşmış aparıcı texnologiya və mühəndislik qrupudur. Şirkət təkrar bazar üçün hərtərəfli mühəndislik və inşaat həlləri, davamlı texnoloji həllər təklif edir. Hazırda 45 ölkədə fəaliyyət göstərən “MAİRE” şirkəti 20 min layihə tərəfdaşından ibarət qlobal şəbəkə tərəfindən dəstəklənir.
“Almaniya Federativ Respublikasının Milli Pavilyonu”nda müxtəlif sənaye sahələrinə dair geniş çeşiddə məhsul və xidmətlər təqdim olunur. Bunlara avtomatlaşdırma və proses avadanlıqları, ölçmə və idarəetmə sistemləri, neft və qaz emalı üçün avadanlıqlar, laboratoriya və süzgəc sistemləri daxildir. Bundan əlavə iştirakçılar neft və qazın nəqli, kəşfiyyatı və hasilatı sahələrində həllər, boru kəmərlərinin tikintisi, texniki baxışı və təmiri üzrə texnologiyalar, eləcə də inteqrasiya olunmuş texniki xidmətləri təqdim edirlər.
Baş ofisi Budapeştdə yerləşən “MOL Group” beynəlxalq, inteqrasiya olunmuş neft, qaz, neft-kimya və pərakəndə satış şirkətidir. Bir əsrdən artıq təcrübəyə və 24 min nəfərlik işçi qüvvəsinə malik şirkət 30-dan çox ölkədə fəaliyyət göstərir. “Azəri-Çıraq-Günəşli” layihəsinin 3-cü ən böyük səhmdarı olan şirkət Azərbaycan da daxil olmaqla 9 ölkədə kəşfiyyat və hasilat aktivlərinə malikdir.
Rusiya Federasiyasının “Tatneft” şirkəti də sərgidə təmsil olunur. Şirkət neft və qaz hasilatı, neft emalı və kimyası, yanacaqdoldurma məntəqələri şəbəkəsi, elektrik enerjisi, neft-qaz sənayesi üçün avadanlıqların istehsalı ilə məşğul olur və sərgidə öz xidmətlərini ziyarətçilərə təqdim edir.
Çin Xalq Respublikasının “Sinopec SJ Petroleum Machınery Co.” Şirkəti 1941-ci ildə təsis edilib. Şirkət əsasən quruda və dənizdə neft-qaz yataqlarının kəşfiyyatı, hasilatı avadanlıqlarının tədqiqatı, istehsalı və servisi ilə məşğul olur. Həmçinin müştərilərə neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı avadanlıqları üçün inteqrasiya olunmuş həllər təqdim edir.
“Uzbekneftegaz” ASC Özbəkistanın bu sahədə aparıcı şirkətidir. O, hasilatın artırılması, daxili bazarın təchizatı və ixracın genişləndirilməsi istiqamətlərində fəaliyyət göstərir. Şirkət yüksəkdəyərli məhsul istehsalına, emalına və xarici investisiyaların cəlbinə önəm verir. 2020–2030-cu illəri əhatə edən strategiyası modernləşmə, enerji təhlükəsizliyi və innovasiyaya əsaslanan “Uzbekneftegaz” Özbəkistanın enerji müstəqilliyini və iqtisadi inkişafını gücləndirmək məqsədilə texnoloji yeniliklərin formalaşmasında əsas rol oynayır.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti dünyanın ən sürətlə inkişaf edən bərpaolunan enerji şirkətlərindən biridir. Qlobal təmiz enerji lideri kimi “Masdar” Günəş, külək, geotermal, enerjisaxlama batareyası və yaşıl hidrogen sahələrində layihələr həyata keçirərək enerji keçidini sürətləndirməyə çalışır. 2006-cı ildən etibarən 40-dan çox ölkədə layihələrə sərmayə qoyan şirkət təmiz və sərfəli enerji təminatına töhfə verir. Şirkət 2030-cu ilədək 100 QVt-lıq bərpaolunan enerji portfeli yaratmağı və yaşıl hidrogen istehsalında lider olmağı hədəfləyir. Qeyd edək ki, “Masdar” şirkəti 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasını istifadəyə verib.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Schlumberger” (SLB) şirkəti enerji innovasiyalarını təşviq edən qlobal texnologiya şirkətidir. “SLB” dünyada enerji sənayesinin məhsuldarlığını, davamlılığını təmin etmək üçün qabaqcıl rəqəmsal həllər, innovativ texnologiyalar təklif edir. Şirkət 120-dən çox ölkədə fəaliyyət göstərir.
Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti bərpaolunan enerji sahəsində dünyanın qabaqcıl qurumlarından biridir. O, Azərbaycanda Qafqaz regionunun ən böyük külək elektrik stansiyası olacaq 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası layihəsini inkişaf etdirir. “ACWA Power” 14 ölkədə 101 elektrik enerjisi və su şirinləşdirmə obyektinin tərtibatçısı, investoru və operatorudur. “ACWA Power”in 107,5 milyard ABŞ dolları dəyərindəki portfeli 78,85 QVt elektrik enerjisi və gündə 9,5 milyon kubmetr şirinləşdirilmiş su istehsal etmək gücünə malikdir.
Fransanın qlobal multienerji şirkəti olan “TotalEnergies” metan emissiyalarının monitorinqi və azaldılması sahəsində innovativ həllər təqdim edir. Belə ki, şirkət idarə etdiyi bütün hasilat obyektlərində metan sızmalarını fasiləsiz və real vaxt rejimində aşkar edən avadanlıqlar yerləşdirir. Bu avadanlıq “Metan Daimi Monitorinq Layihəsi” adlanır və ilk dəfə olaraq “Caspian Oil & Gas” sərgisində “TotalEnergies”in stendində təqdim edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
Dünya ulduzu Ceyson Statham tətil üçün Antalyaya gəlib
Şou-Biznes 07:33Bu gün yağış yağacaq
Sosial 07:2866 saat davam edən maqnit qasırğası başa çatıb
Dünya 06:43Vyetnam “iki uşaq” siyasətinə son qoyur
Dünya 05:42Abşeronda çoxmərtəbəli yaşayış binasında yanğın oldu
Hadisə 05:19"Telegram"da çoxdan gözlənilən YENİLİKLƏR
Texnologiya 04:51Dördillik fasilədən sonra qayıdır
Şou-Biznes 03:46Özünü arıqladan Dua Lipa elə pozalar verdi ki... - FOTOLAR
Şou-Biznes 03:35Zelenski hərbi kadr dəyişikliyi etdi
Dünya 03:12Şərifdən Hindistana xəbərdarlıq
Dünya 02:24MAQATE rəhbəri Ukraynada
Dünya 01:44Ən güclü və sürətli Bentley krossoveri debüt etdi...
Texnologiya 00:45Rusiya tənəzzülə girir?..
Dünya 00:25“Tramp Putinə qəzəbləndi..?”
Dünya 00:04Beyninizi cavan saxlamağın sirri açılıb...
Səhiyyə 3 İyun 23:53Subaru yeni idman avtomobili hazırlayır...
Texnologiya 3 İyun 23:45Qurbanı seçərkən, ağcaqanadlar onun paltarının rəngini əsas tuturlar..?
Maraqlı 3 İyun 23:36Antalyada yanğın təhlükəsizliyi ilə bağlı 174 otel bağlanıb...
Turizm 3 İyun 23:24Qrenlandiyada meqatsunami ilk dəfə peyk tərəfindən qeydə alınıb...
Maraqlı 3 İyun 23:15Günəş sistemindən kənarda su kəşf edildi...
Maraqlı 3 İyun 23:03Bali adası zibildən qurtulmağa çalışır...
Turizm 3 İyun 22:55Müqaviləli əsgərlərə birdəfəlik ödənişlərin azaldılmasına etiraz...
Dünya 3 İyun 22:43Həcc ziyarəti zamanı anomal istilər səbəbindən xüsusi plan hazırlanır..?
Dünya 3 İyun 22:36Laçında möhtəşəm atəşfəşanlıq...
Sosial 3 İyun 22:31Ceyhun Bayramov BMT-nin Nayrobi ofisinin baş direktoru ilə görüşüb
Siyasət 3 İyun 22:29Fransada Tesla satışları 67 faiz azalıb...
Texnologiya 3 İyun 22:25Etnadan gələn hissəciklər həftənin ortalarında Moskvaya çata bilər...
Dünya 3 İyun 22:14Ruslar tərəfində döyüşən özbək nələr danışır..?
Dünya 3 İyun 22:03Britaniyalı qadın hipnoz sayəsində 32 kiloqram arıqlayıb...
Maraqlı 3 İyun 21:54Arxeoloqlar qədim skeletlərin cinsini necə təyin edirlər?..
Maraqlı 3 İyun 21:43Tiroid problemlərindən yaranan yorğunluq gündəlik həyatı poza bilər...
Səhiyyə 3 İyun 21:36Azərbaycan-Keniya ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edilib
Siyasət 3 İyun 21:27Tom Kruzun filmi Müdafiə Nazirliyindən dəstək alır...
Mədəniyyət 3 İyun 21:24Putin, “zaman onun tərəfindədir” deyərkən haqlıdır..?
Dünya 3 İyun 21:15Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...
Dünya 3 İyun 21:04Soyunub-geyinmə otağında gördüm...
Şou-Biznes 3 İyun 20:54Oksigenin yoxa çıxacağı, bəşəriyyətin ölümü proqnozlaşdırılıb...
Maraqlı 3 İyun 20:43Sabirabadda veloyürüşə 100-ə yaxın velosipedçi qoşulub
Sosial 3 İyun 20:40Növbəti Quadrifoglio modelləri necə olacaq..?
Texnologiya 3 İyun 20:36Azərbaycanın xarici işlər naziri Keniya Prezidenti ilə görüşüb
Siyasət 3 İyun 20:36“MOL Group” şirkətinin prezidenti ilə görüş keçirilib
İqtisadiyyat 3 İyun 20:27Uzunömürlülük tənzimləyicisi bağırsaqlarda tapıldı...
Səhiyyə 3 İyun 20:25Sabirabadda külək tikilinin damını avtomobilin üstünə aşırıb
Hadisə 3 İyun 20:14Ruslar Krım körpüsünə təkrar hücum edildiyini bildirirlər...
Dünya 3 İyun 20:04Kral Çarlzın Vindzor qəsrinə icazəsiz daxil olan şəxs saxlanılıb
Dünya 3 İyun 20:01Bakıda “Dergizan. I Azərbaycan sənət görüşü” adlı tədbir keçirilib - FOTOLAR
Mədəniyyət 3 İyun 19:59Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib
Siyasət 3 İyun 19:59Braziliya prezidenti: “Bayden Rusiyanı məhv etmək istəyir...”
Dünya 3 İyun 19:55Hərbi bloqer Sumi rayonunda gedən döyüşlərdən danəşır...
Dünya 3 İyun 19:45Fransada dəmiryolçular tətilə çağırış ediblər
Dünya 3 İyun 19:43Ölkədə yaşanan siyasi həmrəyliyin təcəssümü - FOTOLAR
Siyasət 3 İyun 19:39Təriqət rusların poçt qutularına anlaşılmaz broşuralarla hücum edir..?
Dünya 3 İyun 19:36Fransada irqçi cinayətin yeni qurbanı tunislidir
Dünya 3 İyun 19:23İl yarım yaşadıq, bəs deyil..?
Şou-Biznes 3 İyun 19:13Reşetnikov Rusiya iqtisadiyyatının soyumasının əlamətlərini qeyd edib
Dünya 3 İyun 19:04Təyyarəni yandırmaq istədi və indi yüz minlərlə rubl cərimə ödəyəcək...
Dünya 3 İyun 18:55Futbolda penaltilərlə bağlı qaydada dəyişiklik edilib
İdman 3 İyun 18:45Ölkədə yaşanan siyasi həmrəyliyin təcəssümü
Siyasət 3 İyun 18:43Abramoviçi məhkəməyə vermək istəyirlər...
İdman 3 İyun 18:41“Fənərbağça” “Qalatasaray”ın sabiq voleybolçusunu transfer edib
İdman 3 İyun 18:39Bakıda küləyin maksimal sürəti saniyədə 28 metrə çatır
Sosial 3 İyun 18:35NATO-nun Avropa ölkələrindən xahişi...
Dünya 3 İyun 18:25BDU-nun əcnəbi tələbələri Gəncəyə səfər ediblər
Təhsil 3 İyun 18:21Bir həftə ərzində naməlum səbəbdən altı balina özünü sahilə atıb...
Dünya 3 İyun 18:16Əli Əsədov Olivye Bukal ilə görüşüb...
Siyasət 3 İyun 18:14“Zirə”nin daha iki futbolçusu milli komandalara çağırılıb
İdman 3 İyun 18:12Deyirsən yəni,.. görmədikləri "günə düşüblər"..?
Dünya 3 İyun 18:04Beynəlxalq konfransın birinci günü yekunlaşıb...
Siyasət 3 İyun 18:02Bryansk və Kurskda törədilən terror aktlarının hədəfi məlum olub...
Dünya 3 İyun 17:59Rus əsgərləri döyüşsüz təslim olublar...
Dünya 3 İyun 17:54Bir sıra məhkəmələrə hakimlər təyin edilib
Siyasət 3 İyun 17:25Sabah İmişli və Saatlıda 18 mindən çox abonentin qaz kəsiləcək
İqtisadiyyat 3 İyun 17:19Dünyanı bir-birinə bağlayan görünməz iplər
Sosial 3 İyun 17:08Səhiyyə Nazirliyi Qurban Bayramı ilə əlaqədar əhaliyə müraciət edib
Səhiyyə 3 İyun 17:04Azərbaycan və Serbiya hərbi nümayəndələri arasında görüş keçirilib
Siyasət 3 İyun 17:00Qurban əti necə saxlanmalıdır? - VACİB FAKTLAR
Maraqlı 3 İyun 16:57“Qarabağ”neft yatağının işlənməsi ilə bağlı sənədlər imzalanıb - FOTO
İqtisadiyyat 3 İyun 16:50Qurbanlıq heyvan necə seçilməli və kəsilməlidir? - REPORTAJ
Sosial 3 İyun 16:35"Əməkdaşlıq gələcəkdə də davam etdiriləcək" - DEPUTAT DANIŞDI
Siyasət 3 İyun 16:33Kimya elmlərinə həsr olunmuş beynəlxalq konfransa start verilib
Təhsil 3 İyun 16:16Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb - FOTOLAR
İqtisadiyyat 3 İyun 16:16İxtisas imtahanına qeydiyyat elan edilir
Təhsil 3 İyun 16:11ADNSU-da “Energynet.LAB” laboratoriyasının açılışı olub - FOTOLAR
Təhsil 3 İyun 16:08Azərbaycanın iki boksçusu dopinqə görə cəzalandırılıb
Sosial 3 İyun 16:06"Böyük Qayıdış proqramı dövlət səviyyəsində həyata keçirilir" - ŞƏRH EDİLDİ
Siyasət 3 İyun 16:06"Uğurlu siyasətin nəticələri göz önündədir" – KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ
Siyasət 3 İyun 16:01Cənubi Koreyada prezident seçkilərində müxalifət nümayəndəsi liderdir
Dünya 3 İyun 15:56Xankəndiyə güclü yağış və dolu yağıb
Sosial 3 İyun 15:54Bakı-Sumqayıt qatarlarının Qurban bayramı günlərindəki qrafiki açıqlanıb
Sosial 3 İyun 15:53Özəl xəbərlər
Digər xəbərlərDünyanı bir-birinə bağlayan görünməz iplər
Sosial 3 İyun 17:08Qurban əti necə saxlanmalıdır? - VACİB FAKTLAR
Maraqlı 3 İyun 16:57Qurbanlıq heyvan necə seçilməli və kəsilməlidir? - REPORTAJ
Sosial 3 İyun 16:35"Əməkdaşlıq gələcəkdə də davam etdiriləcək" - DEPUTAT DANIŞDI
Siyasət 3 İyun 16:33
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 1,9425
+0,52%
-
GBP 2,2992
+0,24%
-
RUB 2,1533
-1,85%