Konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTOLAR

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə bu gün Bakıda beynəlxalq konfrans keçirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, konfrans iştirakçıları tədbirin açılışından əvvəl Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Ulu Öndərin xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri qoyulub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılaraq məzarı üzərinə gül dəstələri düzülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə