Macarıstan XİN başçısı Ermənistana səfər edəcək

Macarıstanın xarici işlər naziri Peter Siyarto mayın 27-də Ermənistana işgüzar səfər edəcək. SİA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

Məlumata görə, Siyarto “İrəvan Dialoqu” forumu çərçivəsində panel müzakirəsində iştirak edəcək. Həmçinin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüş də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə