"Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru" mövzusunda tədbir keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Milli Konstitusiyadan tam Suverenlik zirvəsinə: Heydər Əliyev ideyaları ilə yeni qələbələrə doğru" mövzusunda tədbir keçirilir. SİA xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə