Ceyhun Bayramov venesuelalı həmkarı ilə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib - FOTOLAR

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Venesuela Bolivar respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb. SİA xəbər verir ki, Antalya Diplomatik Forumu çərçivəsində baş tutan görüş barədə Ceyhun Bayramov özünün "X" sosial media hesabında paylaşım edib.

Bildirilib ki, görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyi nəzərdən keçirilib, həm ikitərəfli, həm də çoxtərəfli formatda əlaqələrin vəziyyəti müzakirə edilib.

Eləcə də Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində beynəlxalq əməkdaşlığa dair fikir mübadiləsi aparılıb və burada Venesuelanın Azərbaycanın təşəbbüslərinə davamlı dəstəyi təqdirlə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə