"Pakistan-Azərbaycan arasında dostluq, tərəfdaşlıq və strateji münasibətlərinin kökü çox dərindir" - POLİTOLOQ ŞƏRH ETDİ
"Pakistan-Azərbaycan arasında dostluq, tərəfdaşlıq və strateji münasibətlərinin kökü çox dərindir. Pakistan - Azərbaycanın hər zaman haqq işini, ərazi bütövlüyünü və suverinliyini dəstəkləyən dövlət olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Onun sözlərinə görə, Ermənistanın işğalçılıq səbəbindən Pakistan, Ermənistanla diplomatik əlaqələrinin qurmadığının şahidi olmuşuq və bu proses hələ də davam edir. "Dünya xəritəsində bu dövlətlərin sayı çox azdır: Səudiyyə-Ərəbistanı, Özbəkistan və Pakistan Azərbaycana dost münasibəti sərgiləyiblər. Digər tərəfdən də qardaş Türkiyəni də unutmaq olmaz. Çünki sərhədləri bağlayıb və diplomatik münasibətlərdə yoxdur. Pakistan-Azərbaycanla münasibətlərdə siyasi, iqtisadi, enerji, nəqliyyat, şəhərsalma, humanitar-mədəni sahələri diqqətlə nəzərdən keçir, öyrənir. Vətən müharibəsindən sonra, münasibətlər keyfiyyətcə yeni müstəviyə qalxıb. Azərbaycan həm də Pakistanı hərbi sahəsində yeni müstəviyə qalxıb. Azərbaycan həm də Pakistanın hərbi sənayesinə maraq göstərir. Çünki Pakistan nüvə dövlətidir. Dəyişən geosiyasi reallıqlarda əməkdaşlıq müstəsna əhəmiyyətə malikdir. Cənubi Qafqazda maraqlar toqquşur. Bu baxımdan, ətrafımızda haqq işimizi müdafiə edən dövlətləri görmək istəyirik. Qarşılıqlı sərmayə qoyuluşunun həcminin 2 milyard ABŞ dolları həcminə çatdırılması hesab edirəm ki, mühüm hadisədir. Eyni zamanda Pakistan qırıcıları Azərbaycan silah arsenalını bir qədərdə möhkəmləndirəcək, təhdidləri neytrallaşdıracaq, təhdidləri neyrallaşdıracaq, hava məkanımızı etibarlı qorunmasına nail olacayıq. Düşünürəm ki, Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri çox uğurlu alındı. İmzalanan sənədlər qarşıdakı dövrdə münasibətlərin daha da inkişafına töhfə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə