Azərbaycanla enerji istiqamətində ortaq işbirliyimiz davam edəcək - Hakan Fidan

Azərbaycanla enerji istiqamətində ortaq işbirliyimiz davam edəcək. SİA-nın məlumatına görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən birgə mətbuat konfransı zamanı deyib.

Nazir qeyd edib ki, ölkələr arasındakı münasibətləri daha da gücləndirəcəklər: “Qars-Naxçlvan dəmiryolunu ən qısa zamanda həyata keçirmək hədəfimizdədir”.

Hakan Fidan həmçinin Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub: "Azərbaycan-Ermənistan sərhəd xətlərinin müəyyən edilməsi istiqamətində aparılan işlərdən məlumatlıyıq. Ümumilikdə, Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə