Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də mətbuata bəyanatlarla çıxış ediblər. SİA xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev bəyanatla çıxış etdi.
-Hörmətli cənab Baş nazir.
Hörmətli qonaqlar, xanımlar və cənablar.
İlk növbədə, cənab Baş nazir, Sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Şadam ki, bizim görüşlərimiz müntəzəm xarakter alır. Biz sizinlə iki ay bundan əvvəl Bakıda görüşmüşdük. COP29 konfransında iştirak etdiyiniz üçün Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm. Ondan əvvəl isə 10 ay bundan qabaq Siz Azərbaycana səfər etmisiniz. Yəni, son 10 ay ərzində bu, Sizin Azərbaycana üçüncü səfərinizdir və bu fakt özlüyündə Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər dərin və mənalı olduğunu göstərir.
Bu səfərin xüsusi əhəmiyyəti var. Çünki Gürcüstanda keçirilmiş parlament seçkilərindən sonra bu, Sizin ilk xarici səfərinizdir. Fürsətdən istifadə edərək, təmsil etdiyiniz “Gürcü Arzusu” Partiyasının seçkilərdəki qələbəsi münasibətilə Sizi bir daha səmimiyyətlə təbrik edirəm və Sizə, bütün komandanıza yeni uğurlar arzulayıram. Parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana həyata keçirməyiniz, təbii ki, Gürcüstan-Azərbaycan əlaqələrinin nə qədər yüksək səviyyədə olmasından xəbər verir. Bu qərara görə Sizə xüsusilə təşəkkürümü bildirmək istəyirəm.
Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar.
Təbii ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaqdır.
Bununla paralel olaraq, biz sizinlə birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Bu da hökumətlərimizin məsuliyyətini bir daha göstərir. Çünki bu gün bu enerji də bazarda böyük maraq doğurur, buna böyük tələbat var. Bu gün mənə verilən məlumata görə, yaşıl enerji layihəsi də uğurla icra edilir. Hesab edirəm ki, bütün digər layihələr kimi, bu layihənin də uğurla başa çatması şansı böyükdür.
Bu gün, eyni zamanda, Sizinlə təkbətək söhbət əsnasında bağlantıları və Orta Dəhliz layihəsini müzakirə etdik. Bizim ölkələrimiz burada da yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Bizim müvafiq qurumlarımızın koordinasiya şəklindəki fəaliyyəti bu layihəni də əminəm ki, uğurla başa çatdıracaq. Burada, əlbəttə ki, biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var. Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.
Bilirəm ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr icra olunur, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi. Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk.
Bütün digər sahələrdə də ancaq uğurlarımıza sevinmək olar. Vaxt məhdudluğunu nəzərə alaraq digər məsələləri biz geniş formatda bu gün müzakirə edəcəyik. Bir şeyi də deyə bilərəm ki, Sizin partiyanızın qələbəsi bütövlükdə Cənubi Qafqazın bundan sonra sabit region olması üçün xüsusi əhəmiyyət daşıyır və biz bu qələbəyə Sizin dostunuz, qardaşınız kimi sevinirik. Sizin hökumətinizə fəaliyyətində yeni uğurlar arzulayırıq. Bir daha xoş gəlmisiniz.
X X X
Sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyanatla çıxış etdi.
-Cənab Prezident, təşəkkür edirəm. Çox səmimi qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Eyni zamanda, bizim partiyamızın qələbəsi ilə bağlı təbriklərə görə də təşəkkür edirəm. Bu, bizim bölgəmizdə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, ölkələrimizin münasibətləri baxımından əhəmiyyətlidir. Bu, müstəsna əhəmiyyətə malikdir. Siz regionda fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz. Siz ölkənizə dövlətinizin mənafelərini qorumaqla rəhbərlik edirsiniz. Bu gün burada olmaq məndə böyük şərəf və məmnunluq doğurur.
Bildiyiniz kimi, bu gün iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclası keçirildi. İclas olduqca səmərəli oldu və mən azərbaycanlı həmkarlarıma iclasın yüksək səviyyədə keçirilməsinə görə təşəkkür edirəm. Onu da deyə bilərəm ki, biz əməkdaşlığımızı daha da irəli apara bilərik. Bizim dostluğumuzun, qardaşlığımızın tarixi ənənələri var və bu qardaşlıq məhz bu strateji tərəfdaşlığın təməli üzərinə dayanır.
Mən əminəm ki, bu tərəfdaşlıq gələcəkdə də eyni ruhda inkişaf edəcəkdir. Vacib məqam odur ki, biz hər birimizin strateji və milli maraqlarına hörmətlə yanaşırıq. Biz ölkələrimizin ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəkləyirik. Cənab Prezident, bu dəstəyə görə şəxsən Sizə və Azərbaycana təşəkkür edirəm.
Bizim təkbətək görüşümüzdə ikitərəfli münasibətlərimizin maraqlı müzakirəsi oldu. Biz regionda cərəyan edən prosesləri və qlobal hadisələri müzakirə etdik. Əlbəttə, bütün bu proseslərin bizim ölkələrə təsiri var, bu, bizim siyasi mövqeyimizə də təsir edir. Vacib məqam ondan ibarətdir ki, biz hər bir çağırışla bağlı birlikdə çalışmalıyıq. Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Bir daha Sizi əmin etmək istəyirəm ki, biz bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq.
Eyni zamanda, bizim münasibətlərin iqtisadi aspekti də çox vacibdir. Siz artıq müdrik şəkildə bizim ölkələrin strateji tərəfdaşlığını qeyd etdiniz. Bu layihələrin strateji və iqtisadi əhəmiyyəti var. Çox vacibdir ki, belə layihələr davamlı olsun və yeni layihələr müəyyən edilsin. Artıq qeyd etdiyim kimi, Azərbaycan Respublikası bizim üçün təkcə dəyərli dost deyil, Azərbaycan bizim üçün etibarlı tərəfdaş və qardaş ölkədir. Bu bağların dərinlənləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk.
Cənab Prezident, Siz bağlantı layihələrini qeyd etdiniz. Bu, mühüm bir sahədir və bizim ikitərəfli əlaqələrimizin inkişafı baxımından da bu mövzu vacib əhəmiyyət kəsb edir. Bu coğrafi genişlənmədə ölkələrimiz əhəmiyyətli rol oynaya bilər. Biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik. Odur ki, bu layihələr bizim birgə fəaliyyətimiz nəticəsində mümkün olmuşdur. Hazırda üzərində işlədiyimiz növbəti layihələr var ki, onlar da bizim ölkələrin mənafeyi naminə bu potensialı genişləndirəcək. Bu tərəfdaşlığımızın irəlilədilməsi üçün əlavə səylər göstərməyə hazırıq.
İqtisadi-ticari sahə də çox vacibdir və biz çox məmnunuq ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır. Bizim tərəfdaşlığımız daha da dərinləşdirilməlidir. Biz hökumətlərarası komissiyanın iclasında da bunu müzakirə etdik. Bir daha qeyd etmək istəyirəm ki, bizim güclü təməllər üzərində qurulmuş əməkdaşlığımız, tarixi münasibətlərimiz və qardaşlığımız var. Xalqlarımız qarşısında da bunu bəyan etmək istəyirəm ki, biz siyasi tərəfdaşlığımızı dərinləşdirmək əzmindəyik və Gürcüstan tərəfi bunun üçün səylərini əsirgəməyəcək.
Mən mühüm dəstəyə və tərəfdaşlığa görə azərbaycanlı dostlara və həmkarlara, şəxsən cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Biz cənab İlham Əliyevin cari ildə Gürcüstana səfərini gözləyirik və ümid edirəm ki, bu il biz həmin şərəfə nail olacağıq.
Təşəkkür edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər

Xəbər lenti
Tramp Reyqandan nə öyrənməlidir...
Dünya 00:251000 km məsafə qət edən 489 at gücünə malik İspan krossoveri...
Texnologiya 9 Sentyabr 23:53Novosibirskdə reyd zamanı 72 miqrant DNT nümunələri verib
Dünya 9 Sentyabr 23:45Zamanın sonunu bildirən işarələr adlandırılıb...
Maraqlı 9 Sentyabr 23:36Milyardlarla smartfon sındırılma riski altındadır...
Texnologiya 9 Sentyabr 23:25Nike simvolik şüarını dəyişdi...
İdman 9 Sentyabr 23:14Demə, bu dərmanın da qəbulu təhlükəliymiş..?
Səhiyyə 9 Sentyabr 23:05"İnanıram ki, qarşıdakı oyunlarda da uğurlu nəticələr əldə edəcəyik"
İdman 9 Sentyabr 23:01Rusiya Müəlliflər Cəmiyyəti Lyusya Çebotinanı məhkəməyə verib...
Şou-Biznes 9 Sentyabr 22:54Ayxan Abbasov: Futbolçularımızda milli ruh və motivasiya görünürdü
İdman 9 Sentyabr 22:51"Azərbaycandan daha zəif çıxış etdiyimizi düşünmürəm..."
İdman 9 Sentyabr 22:47Şam yeməyi ilə bir stəkan su problemlərə səbəb ola bilər...
Səhiyyə 9 Sentyabr 22:45“The New York Times”: Smartfonlar erası sona çatır..?
Texnologiya 9 Sentyabr 22:33Təyyarələr təyyarə daşıyıcılarında necə saxlanılır..?
Maraqlı 9 Sentyabr 22:25İsveçin yeni səhiyyə naziri təyin edilib
Dünya 9 Sentyabr 22:21Darta Veyderin əfsanəvi işıq qılıncı 3,6 milyon dollara satılıb...
Maraqlı 9 Sentyabr 22:14Avropa İttifaqı Çinə qarşı sanksiyalar tətbiq edəcək…
Dünya 9 Sentyabr 22:05Benksinin yeni sənət əsəri London Ali Məhkəməsində görünür...
Mədəniyyət 9 Sentyabr 21:54Pekin əvvəllər soya paxlasını əsasən ABŞ-dan alırdı, indi isə...
Dünya 9 Sentyabr 21:43Nadir torpaq elementləri: Rusiya və Çin oyun qaydalarını dəyişdirir..?
Dünya 9 Sentyabr 21:36Azərbaycandan cavab qolu - Yenilənir
İdman 9 Sentyabr 21:30Təhlükəli bitkilərlə Rusiyaya qarşı bioloji müharibə elan edilib..?
Dünya 9 Sentyabr 21:24DÇ-2026: Azərbaycan - Ukrayna oyununda hesab açılıb - YENİLƏNİB 3
İdman 9 Sentyabr 21:14İki Çin bankı və Hindistandakı Nayara neft emalı zavodu..?
Dünya 9 Sentyabr 21:13Gəncədə yüksək bal toplayan məzunlarla görüş keçirilib
Təhsil 9 Sentyabr 21:07Lukaşenko Şimali Koreyaya səfər edəcəyinə söz verib...
Dünya 9 Sentyabr 21:05“ABŞ-ın bölgədəki hərəkətləri neft və qaz əldə etməyə yönəlib...”
Dünya 9 Sentyabr 20:54Gənc almanlar niyə orduda xidmət etmək istəmirlər..?
Dünya 9 Sentyabr 20:43Ukrayna silahları Rusiyanın pulları ilə alır...
Dünya 9 Sentyabr 20:34BMT Baş katibi İsrailin Dohaya hücumunu pisləyib
Dünya 9 Sentyabr 20:32Harri və Meqan Netflix-də nələrə baxırlar..?
Dünya 9 Sentyabr 20:25Ukrayna pilotsuz təyyarələri neft bazarını dəyişir..?
Dünya 9 Sentyabr 20:14Rusiya böhrana girir...
Dünya 9 Sentyabr 20:05Azərbaycanın U-21 millisi seçmə mərhələdə ilk xalını qazanıb
İdman 9 Sentyabr 20:01DÇ-2026-nın seçmə mərhələsi: Azərbaycan - Ukrayna oyunu başlayıb
İdman 9 Sentyabr 20:00Foreign Affairs: "Rusiya rəsmiləri niyə pəncərədən "atılırlar"..?"
Dünya 9 Sentyabr 19:54"Putin rus qoşunlarının cəbhədən qayıtmasından qorxur..."
Dünya 9 Sentyabr 19:45Britaniyaya qeyri-qanuni miqrant axınında 5 ölkə üstünlük təşkil edir
Dünya 9 Sentyabr 19:41İsrailin Qətərə hücumunda ABŞ-ın rolu üzə çıxdı...
Dünya 9 Sentyabr 19:35Ukrayna münaqişəsində Rusiyanın qələbəsi qaçılmazdır..?
Dünya 9 Sentyabr 19:25Cinayətkar ermənilərin məhkəməsi davam etdirilib...
Siyasət 9 Sentyabr 19:21“Fənərbağça” yeni baş məşqçisinin adını açıqlayıb...
İdman 9 Sentyabr 19:17Lukaşenkonun agenti Polşada saxlanılıb
Dünya 9 Sentyabr 19:14Azərbaycanla Aİ arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Siyasət 9 Sentyabr 19:10Berlində elektrik xəttinin yandırılması 50 min evi işıqsız qoyub...
Dünya 9 Sentyabr 19:05Keçi can hayında, qəssab piy axtarır..?
Dünya 9 Sentyabr 18:54Nepalda 1500 məhbus həbsxanadan qaçıb
Dünya 9 Sentyabr 18:48“Şimal axını 2”də təxribatla Zalujnı arasında mümkün əlaqə..?
Dünya 9 Sentyabr 18:46Azərbaycan və Ukrayna yığmalarının start heyətləri açıqlanıb
İdman 9 Sentyabr 18:38Parisdə naməlum şəxslər məscidlərə donuz başları atıblar...
Dünya 9 Sentyabr 18:34Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Sosial 9 Sentyabr 18:29Rusiyanın vahid magistral neft kəmərləri sistemi sıradan çıxarılıb...
Dünya 9 Sentyabr 18:25İsrail ordusu Qətərin paytaxtında HƏMAS liderlərini vurub
Dünya 9 Sentyabr 18:15Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib
Sosial 9 Sentyabr 18:08Ukrayna üçün kompensasiya mexanizmi üzrə danışıqlar...
Dünya 9 Sentyabr 18:04UNEC: Milli dildə keyfiyyətli təhsil modeli
Təhsil 9 Sentyabr 17:58Saratov vilayətində magistral neft kəməri partladılıb...
Dünya 9 Sentyabr 17:54Litva Belarusla sərhəd təhlükəsizliyini gücləndirəcək
Dünya 9 Sentyabr 17:44Azərbaycanda bir sıra mühəndis-kommunikasiya obyektlərinin istismarına icazənin forması təsdiqlənib
Siyasət 9 Sentyabr 17:14Liman şəhərinin Baş planı təsdiq edilib
Siyasət 9 Sentyabr 17:12Yasamalda yanğın baş verib
Hadisə 9 Sentyabr 17:11"Antiterror tədbirləri hərb tarixinə qızıl hərflərlə yazılmalıdır" - DEPUTAT ŞƏRH ETDİ
Siyasət 9 Sentyabr 17:02“Yol xəritələrinin işlənməsi iqtisadi davamlılıq baxımından mühümdür” - RƏYLƏR
İqtisadiyyat 9 Sentyabr 16:55Avropa Liqasının qalibi olan baş məşqçi Premyer Liqa klubunu çalışdıracaq
İdman 9 Sentyabr 16:54“Anti-terror tədbirləri humanist prinsiplərə uyğun həyata keçirilib” - ŞƏRH OLUNDU
Siyasət 9 Sentyabr 16:40Uşaqların valideynlərinə daim yalan danışmalarına səbəb nə olur ? - PSİXOLOQ DANIŞDI
Sosial 9 Sentyabr 16:32VISA şirkəti Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşması və sahibkarlığı dəstəkləyəcək
İqtisadiyyat 9 Sentyabr 16:28Skuter qəzalarının qarşısını necə almaq olar? - EKSPERT AÇIQLADI
Sosial 9 Sentyabr 16:27Pestisid və gübrə idxalçıları üçün seminar keçirilib
Sosial 9 Sentyabr 16:26Yaponiya tarixi faciələrinin izlərini hələ də silə bilmir TƏHLİL
Siyasət 9 Sentyabr 16:18“Azərbaycan toy mədəniyyətinin yaşadılması vacibdir” - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 9 Sentyabr 16:16"Ermənistan rəhbərliyi anladı ki, Azərbaycanla silah gücü ilə danışmaq olmaz" - ŞƏRH EDİLDİ
Siyasət 9 Sentyabr 16:10Saatlıda süd qəbulu məntəqəsində nöqsanlar aşkarlanıb - FOTOLAR
Hadisə 9 Sentyabr 16:05"Ölkəmizin belə mötəbər yarışlara ev sahibliyi etməsi çox böyük uğurdur" - ŞƏRH EDİLDİ
İdman 9 Sentyabr 15:58Parlamentdə “Daxili qoşunlar haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb
Siyasət 9 Sentyabr 15:56Təbii, yoxsa süni gözəllik? - PAYTAXT SAKİNLƏRİ DANIŞDI - SORĞU
Sosial 9 Sentyabr 15:51Konqo Demokratik Respublikasında üsyançıların hücumu olub - 80 ölü
Dünya 9 Sentyabr 15:49Sentyabr günəşinin isti nəfəsini Türkiyənin möhtəşəm sahillərində hiss edin - FOTOLAR
Dünya 9 Sentyabr 15:47Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
Hadisə 9 Sentyabr 15:45"Turist məmnuniyyətinin artırılmasında səmimi yanaşma mühüm rol oynayır" - AYDINLIQ GƏTİRİLDİ
Turizm 9 Sentyabr 15:33Donetskdə hücum olub - 21 nəfər həlak olub
Dünya 9 Sentyabr 15:15Bu gün basketbol üzrə Avropa çempionatında ilk yarımfinalçılar bəlli olacaq
İdman 9 Sentyabr 15:12Noyabrda "Təhsilin İnkişafı Forumu 2025" keçiriləcək
Təhsil 9 Sentyabr 14:38"Bizə bu qələbəni yaşadan hər kəsə böyük təşəkkür düşür” - ŞƏRH EDİLDİ
Siyasət 9 Sentyabr 14:36Nepalın Baş naziri istefa verib
Dünya 9 Sentyabr 14:34“Qatarlararası interval azaldılacaq” - Bakı Metropoliteni
Sosial 9 Sentyabr 14:21"Minatəmizləmə yüksək dəqiqlik və peşəkarlıq tələb edir" - AYDINLIQ GƏTİRİLDİ
Siyasət 9 Sentyabr 14:18"ŞƏT Asiya bazarına çıxış baxımından böyük imkanlar yaradır" - MÜNASİBƏT BİLDİRİLDİ
Siyasət 9 Sentyabr 14:07Növbəti və öldürücü - RAKURS
Siyasət 9 Sentyabr 13:59Duz gölünə tullantı su axıdan vətəndaşlar cərimələnəcəklər
Hadisə 9 Sentyabr 13:58Bakıda “Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir
Siyasət 9 Sentyabr 13:55Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Sosial 9 Sentyabr 13:54Sabah hava yağmursuz keçəcək
Sosial 9 Sentyabr 13:51BDYPİ: Qəzadan sonra avtomobillərin yolun hərəkət hissəsindən kənarlaşdırılması vacibdir
Sosial 9 Sentyabr 13:50Özəl xəbərlər
Digər xəbərlər"Antiterror tədbirləri hərb tarixinə qızıl hərflərlə yazılmalıdır" - DEPUTAT ŞƏRH ETDİ
Siyasət 9 Sentyabr 17:02“Yol xəritələrinin işlənməsi iqtisadi davamlılıq baxımından mühümdür” - RƏYLƏR
İqtisadiyyat 9 Sentyabr 16:55“Anti-terror tədbirləri humanist prinsiplərə uyğun həyata keçirilib” - ŞƏRH OLUNDU
Siyasət 9 Sentyabr 16:40Uşaqların valideynlərinə daim yalan danışmalarına səbəb nə olur ? - PSİXOLOQ DANIŞDI
Sosial 9 Sentyabr 16:32Skuter qəzalarının qarşısını necə almaq olar? - EKSPERT AÇIQLADI
Sosial 9 Sentyabr 16:27“Azərbaycan toy mədəniyyətinin yaşadılması vacibdir” - MÜNASİBƏT BİLDİRİLDİ
Sosial 9 Sentyabr 16:16
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD 1,7000
0,00%
-
EUR 2,0014
+0,50%
-
GBP 2,3077
+0,58%
-
RUB 2,0565
-1,07%

2008-2025. Səs İnformasiya Agentliyi, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.
İfadə olunan fikirlərə sayt məsuliyyət daşımır.
Ünvan: Ü. Hacıbəyov küçəsi, 66; Bakı, Azərbaycan.
Email: [email protected] Tel.: (+994 12) 598-33-90; Faks: (+994 12) 493-11-62;