COP29 iqlimlə bağlı qətiyyətli fəaliyyət üçün həlledici məqamdır - Şimali Makedoniya Prezidenti

“Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlimlə bağlı qətiyyətli fəaliyyət üçün həlledici məqamdır”. SİA xəbər verir ki, bunu Bakıda COP29-un Liderlər Sammitində iştirak edən Şimali Makedoniya Prezidenti Qordana Silyanovska Davkova rəsmi sosial şəbəkə hesabındakı paylaşımında bildirib.

“COP29-da Şimali Makedoniya nümayəndə heyətinə rəhbərlik etməkdən şərəf duyuram. Biz güclü öhdəliklər götürmək, dayanıqlılığı artıran siyasətlər və nəsillərə təsir edəcək davamlı həllərə təkan vermək üçün buradayıq. “Yaşıl inkişaf”a nail olmaq üçün “yaşıl işlər”ə sərmayə qoyacağıq və karbon əsaslı enerji istehsalından uzaqlaşan işçilərin yenidən bacarıqlarını artıracağıq. Davamlı enerji keçidi ekoloji və sosial baxımdan ədalətli olmalıdır ”, - deyə Qordana Silyanovska Davkova vurğulayıb.

Şimali Makedoniya Prezidenti, həmçinin COP29 çərçivəsində müxtəlif ölkələrin liderləri ilə görüşlər keçirdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə