Gürcüstan MSK: “Gürcü arzusu” - 52,94%; - səslərin 69%-i hesablanıb

Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Natia İoseliani jurnalistlərə bildirib ki, bütün Gürcüstan üzrə parlament seçkilərində seçici fəallığı 2 060 412 nəfər təşkil edib. Bu, yekun nəticə deyil, çünki Gürcüstanın 5 yerindən hələ ki, nəticələr alınmayıb.

“Hazırda Gürcüstanda seçici fəallığı ümumi seçicilərin 58,94%-ni təşkil edib”, - İoseliani bildirib. 2137 seçki məntəqəsindən alınan nəticələrə əsasən, beş partiya beş faizlik baryeri keçib: “Gürcü arzusu” - 52,94% “Dəyişiklik üçün Koalisiya” - 11,9% “Birlik – Milli Hərəkat” – 9,79% “Güclü Gürcüstan” - 9,05% “Gürcüstan üçün Qaxariya” - 8,26 faiz Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin demək olar ki, 69 faizi hesablanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə