Azərbaycana qarşı xaricdən təhdidlər var - Əli Əhmədov

Bu gün Azərbaycana qarşı xaricdən təhdidlər var. SİA xəbər verir ki, bunu Milli Məclis sədrinin I müavini Əli Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Ölkəmizə qarşı belə təhdidlərin olması Azərbaycan cəmiyyətini daha da birləşdirir və onun təhdidlərə qarşı immunitetini daha da möhkəmləndirir. Azərbaycan xalqı bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir. Azərbaycan sülh proqramını açıq şəkildə bəyan edib. Kimlərinsə xoşuna gəlməsindən asılı olmayaraq, sülh siyasətini həyata keçirməkdə davam edir”,-deyə o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə