JF-17C təyyarələri Azərbaycan hərbi hava qüvvələrinin arsenalına daxil edilib

Müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri Azərbaycan hərbi hava qüvvələrinin arsenalına daxil edilib. SİA-nın xəbərinə görə, JF-17C (Block-III) təyyarələri Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə sentyabrın 25-də JF-17C (Block-III) təyyarələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə