İşğal olunan torpaqlarımızın azad olunmasında şahidlik edən şəhidlərimiz, bəs Vətən satqını Əli Kərimli, sən kimsən?

Deyirlər, torpaq su ilə qarışanda palçıq, şəhid qanı ilə qarışanda isə Vətən olur. Bəli, bu 44 gün ərzində igid oğullarımız Vətən yolunda canını sipər etdi, qanları ilə bu torpağı suladı, qorudu ki, Vətən torpağını qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik bitsin, göyərsin...

Şəhid qanı axmayan torpaqdan Vətən olmaz, - dedilər Şəhidlərimiz. Onu da dedilər ki, bu gün biz Şəhid olmuruq, işğal olunan torpaqlarımızın azad olunmasında Şahidlik edirik. Azad olunan torpaqlarımızda üçrəngli azərbaycan Bayraqlarımızın qaldırılmasına Şahid oluruq! Çünki bu gün bu əsgərlərimiz üçün cəbhə bir ananının oğullarının, bir bacının qardaşlarının bir olduqları döyüş meydanıdır. Şəhid olan əsgərlərimiz, yurdsevər ərənlərimiz, bir an düşünmədən canını Vətən, torpaq yolunda fəda edən cəngavərlərimiz hər kəsə nəsib olmayan Tanrının, haqqın dərgahındasınız!.. Düşməndən qisas almağa can atan, qeyrətli, təəssübkeş, Vətənin ən layiqli oğullarısınız!. "Vətən üçün ölməyə dəyər!" – deyən əsgərlərimiz düşmən qarşısında diz çökməyən, diz çökdürən ərənlərimizsiniz. Qeyrətli igidlər, Vətənin dar günündə düşmən qarşısına - önə çıxdınız, sinənizi sipər edib ömrünüzü bu millətin ömrünə caladınız. Doğulduğunuz torpaqdan yüzlərlə kilometr uzaqda "Öncə Vətəndir", – deyib canından keçən igid oğullarımız, sizin igidliyinizin nəticəsidir ki, bu gün bütün evlər, eyvanlar, yollar üçrəngli Bayrağımızla bəzənib. O Bayraq ki, sizin kimi oğulların sayəsində ucalır, dalğalanır. O bayraqlar ki, sizin şücaətinizin sayəsində Cəbrayıla, Qubadlıya, Füzuliyə, Zəngilana, Ağdama, Şuşaya, Kəlbəcərə, Laçına – Qarabağ Azərbaycandır!a yol aldı. Və özünüz də Qarabağ Azərbaycandır! uğruna canınızı qurban verdiyiniz üçrəngli bayrağa bükülüb qəhrəman kimi qayıdırsınız elimizə, evinizə, yurdumuza, uğrunda can verdiyiniz Vətən torpağına. Bax, budur Şahidlik edən oğullarımızın Şəhidliyi! Bax, budur qeyrət, hünər! Siz Azərbaycanın rəşadətli, igid əsgərlərisiniz! Siz xilaskar əsgərlərimizin qanı ilə yoğrulan torpaqlarımızın xilaskarlarısınız. Çünki Qarabağ Azərbaycandır!

Ali Baş Komandanımız İlham Əliyev cənablarının dediyi kimi: "Bizim əsgərlərimiz xilaskar əsgərlərdir, erməni əsgərləri işğalçı əsgərlərdir".

Bəli, bizim əsgərlərimiz xilaskar əsgərlərdir, silah, tkexnika düşməndə də var, ancaq o texnikanı istifadə edən o qol deyil, düşmən qoludur. Çünki Azərbaycan əsgərinin məsləki Qürurdur, Zəfərdir, Vətən torpağına üç rəngli Azərbaycan Bayrağını sancmaqdır! Bu gün Vətən torpağımız igidlərimizin qanı ilə düşməndən azad olundu. Şəhidlərimizin də qisası alındı! Və torpağını öz qanları ilə yoğuran, Vətən edən, Vətən uğrunda ölümü ilə əbədiləşən ŞƏHİDLƏRİMİZİN məzarının başında qələbə soraqlı üçrəngli ay-ulduzlu Bayrağımız qürurla dalğalanır!

Və hər kəs Vətəni yolunda şəhid və qazi olanların valideynləri qarşısında baş əyir, fəxr edirik. Fəxr edirik ki, şərəflə qorudunuz Vətəni, Şərəflə qorudunuz Vətənin qeyrətini, torpağı Vətən etdiniz, Vətəni bütöv etdiniz. Hər qarışı şəhid qanı ilə yoğrulan, şəhid qoxusu duyulan bu torpaq bizə ötürülən əmanətdir. Çünki bu torpaqlar Şəhidlik qanı ilə yoğrulan- Qarabağ Azərbaycandır!

Ancaq Vətəni, qeyrəti, namusu olmayanlar sosial şəbəkələrdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri adından istifadə edib siyasi divident qazanmağa çalışan AXCP sədri Əli Kərimlinin daha bir antitəbliğat kampaniyası aparsa da, sonda yalan üzərində qurulmuş "informasiya tələsini" ifşa və iflas etməklə AXCP sədrinin planlarını alt-üst etmiş olur. Elə bu dəfə bu baxımdan istisna olmadı. Belə ki, Əli Kərimli Qarabağ müharibəsi əlilləri, şəhid ailələri və veteranları adından istifadə edərək cəmiyyətdə çaşqınlıq yaratmağa çalışmaqdadır. Guya ki, bu kateqoriyadan olan insanlara cəmiyyətimizdə biganə münasibət var, dövlətin onlar üzərində heç bir qayğısı və diqqəti yoxdur. Bu yerdə Əli Kərimlinin bu yalanları ilə bağlı sosial şəbəkələrdə böyük təpkilər var. Mərdan Şahıyev adlı istifadəçinin fikirlərini demək kifayətdir: "AXCP yarandığı gündən Əli Kərimov kimi simasını itirmiş birinə görə o partiyada adam qalmayıb. Xarici havadarlarının və aldığı qrantların hesabatını vermək üçün Əli Kərimov yenə "qotur salmış dana kimi" qaşınır...Yaddaşın pozulubsa, 1990-cı il hadisələrini görmüş insanlar hələ də yaşayır. İstifadə etdiniz, hakimiyyətə gəldiniz. Az qalmışdı ki, Azərbaycan kimi bir ölkəni darmadağın edəsiniz. Yaxşı ki, Heydər Əliyev hakimiyyətə gəldi, dağıtdığınızı nəinki bərpa etdi, Azərbaycanı bütün dünyaya tanıtdırdı. Heydər Əliyevin qurub yaratdığını davamçısı İlham Əliyev daha da çiçəkləndirir... Mən də bir Qarabağ döyüşçüsü kimi sizə xəbərdarlıq edirəm. Bizim adımızdan bir daha istifadə etsəniz dünyanın hegemon dövlətləri iqtisadi və siyasi tənəzzülə uğradığı bir vaxtda Azərbaycanda stabilliyi qoruyub saxlayan ölkə başçısı, Ali Baş Komandanın sadiq əsgəri kimi məni və mənim kimi minlərlə döyüşçünü qarşında görəcəksən".

27 sentyabr – işğalçı Ermənistanın dünyada məğlub dövlət kimi qaldığı gün, Azərbaycanın Qələbə ilə bitən Vətənin azadlığı müharibəsinin başlandığı gün kimi tariximizə ən şərəfli gün kimi sevincini yaşadığı halda, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı və bu kimi satqın məxluqlar Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tuturlar. Baxın, görün Ömər Xəyyama görə satqınlıq nə deməkdir. Ömər Xəyyama görə, ''İnsanın ruhu və əxlaqı nə qədər alçaq olarsa, burnunu bir o qədər dik tutar, bu da həyasızlığın göstəricisidir''. Dante ''İlahi komediya'' əsərində satqınları cəhənnəmin ən sonuncu - 9-cu qatında yerləşdirib. Cəhənnəmin lap mərkəzində duran İuda - onların simvoludur. Xəyanətlərin ən böyüyü - dövlətə xəyanətdir. Və bu "Dəmir yumruq" əməliyyatı ilə 30 il Vətən, torpaq, yurd həsrətilə yaşayan xalqımızın bu niskilinə qələbə sevincini yaşadan Ali Baş Komandan, Prezident İlham Əliyevin diplomatik siyasəti ilə torpağı qanları ilə yoğuraraq Vətən edən Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimiz haqqımızı, bütövlüyümüzü, Qarabağ Azərbaycanımızı öz sahibinə, özümüzə qaytardığı bu gündə Əli Kərimli, Sevinc Osmanqızı, Cəmil Həsənli, Qənimət Zahid, Gültəkin Hacıbəyli, Vidadi İskəndərli, Arif Məmmədov və bu kimi satqınlar sosial şəbəkələrdə çıxışları ilə riyakarlıqlarını nümayiş etdirirlər. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində Vətən müharibəsi getdiyi dövrdə ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın həmrəylik nümayiş etdirərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşdiyini özündə əks etdirən bəyanatına qoşulmayan radikal müxalifət tarixi qələbəmizdən sonra məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər etməyə başladı. Çünki belə satqınlar nə qanır Vətən, millət nə qədər böyük bir milli dəyər, mənəviyyatdır. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Şərəfsizlik simvolu olan bu quduzlar hürə-hürə qalacaqlar. Və bu gün sosial şəbəkə virusları cinayəti demokratiya, əxlaqsızlığı şəxsi həyat, xəyanəti fəaliyyət azadlığı kimi təqdim etməyi "siyasi mübarizə" adlandıraraq özlərini "əsl müxalifətçi" hesab edirlərsə, o zaman susmaq haraya qədər? Belə bir məqamda susmaq yox! Yetər bu qədər, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və bu kimi məxluqların "Azərbaycan əsgəri" adından danışmağa! Yetər bu qədər iftira dediniz! Cəmiyyət sizlərə aşırı nifrət edir, yaxın zamanlarda əlahəzrət qanun qarşısında cavab verəcəyiniz günü səbirsizliklə gözləyir! Və xalqımız əmin olsun ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar – özü də Azərbaycan xalqı və qanunları qarşısında!

ZƏRİFƏ QULİYEVA

YAP Veteranlar şurasının üzvü, "Modern ailə və inkişaf" İctimai Birliyinin sədri

Bütün xəbərlər Facebook səhifəmizdə