35 məntəqə seçki komissiyası buraxıla bilər

Azərbaycanda 35 məntəqə seçki komissiyasının buraxılması təklif olunub. SİA xəbər verir ki, bu təkliflə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında çıxış edib.

O deyib ki, bəzi məntəqələr üzrə səsvermənin nəticələri ilə bağlı şübhələr yaranıb

"Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.

Sədr müavini deyib ki, araşdırmalar nəticəsində aydın olub ki, seçki məntəqələrilə bağlı bəzi tədbirlər görülməlidir.

MSK sədri Məzahir Pənahov isə deyib ki, seçki məntəqələrində günahkar kimdirsə, o təklif edəcək ki, birbaşa məntəqə seçki komissiyaları yox, konkret onu törədən şəxsin fəaliyyətinə xitam verilsin.

Onun sözlərinə görə, pozuntunu törədənin konkret hansı komissiya üzvü olduğu məlumdur.

Bütün xəbərlər Facebook səhifəmizdə