Sentyabrın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilir. SİA xəbər verir ki, iclasda sentyabrın 1-də keçirilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxılır.
İclasın gündəliyinə, həmçinin MSK-nın sentyabrın 11-də keçirilmiş iclasının protokolunun təsdiqlənməsi məsələsi daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə