"Qarabağ və Şərqi Zəngəzurda çox böyük nəqliyyat-kommunikasiya potensialı var" - ŞƏRH OLUNDU
“Bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə çox böyük layihələr həyata keçirir. Otuz ilə yaxın işğalçı Ermənistan tərəfindən yerlə-yeksan edilən yaşayış məntəqələrimiz sıfırdan qurulur. Əlbəttə ki, bu işlər birbaşa olaraq Azərbaycan dövlətinin öz iqtisadi gücü və imkanları hesabına həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.
O bildirib ki, heç bir xarici dəstək olmadan dövlətimiz azad olunmuş ərazilərimizi abadlaşdırır, yeni sosial obyektlər, müasir infrastruktur layihələri, yaşayış binaları və digər meqa layihələr həyata keçirilir: “Ötən dövr ərzində dünyada təkrarı olmayan, yüksək sürətlə aparılan bu işlər keçmiş məcburi köçkünlərimizin öz doğma yurdlarına və ata-baba ocaqlarına qayıtmasını təmin edir. Təbii olaraq bu müddət ərzində 100 kilometrlərlə yollar, yeni və müasir beynəlxalq hava limanları, ərazilərdə su, qaz və elektrik xətləri yenidən çəkilir.
Bütün bunlarla paralel olaraq, həm də Qarabağ iqtisadi rayonunun Azərbaycan və bölgə iqtisadiyyatına inteqrasiyası prosesi həyata keçirilir. Azad olunmuş ərazilərin iqtisadi potensialı və imkanı məlum olduğu kimi çox yüksəkdir. Bu ərazilərdə sosial obyektlərlə yanaşı, həm də iqtisadi xarakterli obyektlər inşa edilərək istifadəyə verilir. Həmçinin yeni iş yerləri açılır, istehsal müəssisələri fəaliyyət göstərir. Bütün bunlar təbii olaraq həm Qarabağın Azərbaycan və bölgə iqtisadiyyatına inteqrasiyasını gücləndirir, həm də bu ərazidə yaşayan əhali üçün iş yerləri açılır və rifahları təmin olunur.
Görülən işlər paralel şəkildə və durmadan davam etdirilir. Gələcəkdə də həmin ərazilərdə inşa ediləcək iqtisadi obyektlər, ümumilikdə bu ərazilərdə qurulan iqtisadi obyektlər Azərbaycan iqtisadiyyatına çox böyük töhfə verəcək. Eyni zamanda nəqliyyat-kommunikasiya xətlərinin açılması məsələsi də gündəmdədir. Qarabağ və Şərqi Zəngəzurda çox böyük nəqliyyat-kommunikasiya potensialı var. Bu imkanların daha da genişləndərilməsi və şaxələndirilməsi gələcəkdə bölgəmizə çox böyük töhfə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB